Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu
Ötən ilin dekabrında "Boztəpə" su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin ailəsinin aparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qarşı iddiası təmin olunub.
Gundemxeber.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil Xankişiyevlər ailəsinin müvəqqəti təminat tədbiri iddiasını təmin edib.
Belə ki, Vasif Vaqif oğlu Xankişiyev ərizə ilə məhkəməyə müraciət edərək 11 yaşlı oğlu Rasim Vasif oğlu Xankişiyevin axtarışı və barəsində əvvəlki qaydada müəyyən müzakirələrin aparılması, habelə efirdən foto şəkillərinin təqdim olunması işinin "ARB Media Qrup"a və həmin media subyektində "Səni Axtarıram" telelayihəsinin aparıcısı kimi fəaliyyət göstərən Xoşqədəm Hidayət qızı Baxşəliyevaya qadağan edilməsini tələb edib.
İddia ərizəsində qeyd olunur ki, Rasimin tapılacağı vədini yerinə yetirə bilməyəcəyini görən Xoşqədəm Hidayətqızı Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb.
"X.Hidayətqızı Rasimin axtarışını ənənəvi şou predmetinə çevirmiş, izləyici reytinqi xətrinə hər gün ekran üzərindən minlərlə insanı aldatmış, Rasimin aqibətini diqqət mərkəzində saxlayan hər kəsin duyğularını mənəviyyatsızcasına istismar etmişdir", - deyə iddia ərizəsində qeyd olunur.
Gundemxeber.az
24-10-2014, 12:34
24-01-2014, 14:23
13-07-2013, 14:37
9-11-2013, 18:51
2-07-2016, 15:23
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?