Bu gün mərhum millət vəkili Qənirə Paşayevanın anım günüdür.
GundemXeber.Az bildirir ki, bununla bağlı bu gün Azərbaycan Milli Xalça Muzeyində “Qənirə Paşayeva-İthaf” adlı bədii sərginin açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Qənirə Paşayevanın xatirəsinə həsr olunan tədbir Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Rəssamlar İttifaqının təşkilatçılığı baş tutacaq.
Xatırladaq ki, Qənirə Paşayeva 2023-cü il 28 sentyabrda uzun sürən xəstəlikdən sonra 48 yaşında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda dəfn olunub.
Sorğu
Yeni dizaynımız necədir?