Millət vəkili Qənirə Paşayeva Benelüks Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağla, Xocalı Soyqırımı ilə bağlı həqiqətlərinin beynəlxalq içtimaiyyətə çatdırılmasındakı xidmətlərinə görə təşkilatın 1-ci dərəcəli diplomu ilə təltif edilib.
Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov diplomu millət vəkili Qənirə Paşayevaya Haaqada keçirilən 'Dağlıq Qarabağ problemi və Cənubi Qafqazın Təhlükəsizlik Problemi' mövzulu konfransın sonunda təqdim edib.
“Qafqazinfo”nun məlumatıan görə, millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ,Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı fəaliyyətinə, xidmətlərinə görə bu mükafata layiq görülüb. Benelüks azərbaycanlıları Konqresinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə davamlı çalışmaq hər bir azərbaycanlının vəzifəsidir və mən sadəcə bu istiqamətdə öz üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışıram deyib. Millət vəkili Qənirə Paşayeva Hollandiyaya səfəri çərçivəsində Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və üzvləri ilə görüşərək geniş fikir mübadiləsi də aparıb. Görüş zamanı Hollandiya Parlamentinin binasında keçirilən 'Dağlıq Qarabağ problemi və Cənubi Qafqazın Təhlükəsizlik Problemi' mövzulu konfransın əhəmiyyətini vurğulayan millət vəkili Qənirə Paşayeva bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini və onların sayının artmasının vacibliyini xüsusi vurğulayıb. Bu istiqamətdə Benelüks Azərbaycanlıları Konqresinin işini təqdir edən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində, o cümlədən Benelüks ölkələrində yaşayan azərbaycanlıların Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalarının vacibliyini vurğulayıb. Benelüks ölkələrində harada doğulmasından asılı olmayaraq minlərlə azərbaycanlının yaşadığını vurğulayan millət vəkili Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Benelüks ölkələrinin ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?