Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
Azərbaycandan Türkiyənin zəlzələ baş verən bölgəsindəki sakinlərə göndərilən bəzi yardımlar oğurlanıb.
GUNDEMXEBER.AZ lent.az-a istinadən bildirir ki, hadisə 2023-cü ildə zəlzələnin böyük dağıntılara səbəb olduğu Kahramanmaraş şəhərinin Türkoğlu qəsəbəsində yerləşən Azərbaycan-Türkiyə müvəqqəti yerləşmə məntəqəsində baş verib.
Məntəqədə yardımların oğurlanması barədə məlumat daxil olandan sonra polislər əməliyyata başlayıblar. Nəticədə məntəqənin cavabdehi olan 1-i müəllim olmaqla
4 personal, həmçinin başqa 4 nəfər saxlanılıb. Sonradan onların 4-ü şərti qaydada sərbəst buraxılıb, 4-ü isə həbs olunub.
Hadisə barədə qəsəbə bələdiyyə sədri də açıqlama verib. O bildirib ki, göndərilən ümumi malların oğurlanaraq, satılması barədə polisə məlumat verildikdən sonra keçirilən əməliyyatlar zamanı 2 ədəd sənədsiz tapança, 1 ədəd sənədsiz ov tüfəngi və bu silahlara aid patronlar, təxmini dəyəri 1.5 milyon lirə olan konteyner, elektron əşyalar, qida və təmizlik ləvazimatları ələ keçirilib.
GUNDEMXEBER.AZ
27-05-2014, 10:42
2-11-2020, 08:57
3-11-2020, 14:28
9-07-2017, 10:52
6-05-2015, 20:56
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?