GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qanunsuzluq yaxud, insan taleyi ilə oyun: Prezidentə müraciət

Qanunsuzluq yaxud, insan taleyi ilə oyun: Prezidentə müraciət

Tarix: 8-10-2024, 22:47 Bölmə :Cəmiyyət Baxış: 371


Qanunun şah olduğu ölkədə yaşamaq yəqin ki, hamının, o cümlədən hər birimizin istəyidir. Vay o gündən ki, şah qanun olan məkanda yaşayasan. Təəssüf ki, bəzən “şahların qanunları minib çapdıqlarına” şahid oluruq.

Redaksiyamıza Suraxanı rayonu, Suraxanı qəsəbəsində yaşayan Zaitova Nailə Fəridovna tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubu ürək ağrısı ilə oxumamaq mümkün deyildir. Nailə xanım milliyyətcə tatardır, Azərbaycan onun üçün müqəddəs Vətən və yerdir,  burda doğulub boya başa çatıb, ömrünü bura bağlayıb. Məktub ölkə başçısı cənab İ.Əliyevə, birinci vitse-prezident Mehriban Xanıma, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları üzrə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Ali Məhkəmənin sədri İnam Kərimova, Baş prokuror Kamran Əliyevə ünvanlanıb. Mətni olduğu kimi dərc edirik.

“Hörmətli Prezident və hörmətli Mehriban Xanım!

Bir neçə məmur özbaşnalığından yaşamaq haram olub bizə. 1987-ci il təvəllüdlü oğlum Zaitov Rüfət Raufoviç dostu, bir məhəllədə böyüyüb boya-başa çatdığı İsmayılov İsmayıl Mədət oğlu ilə birgə öz maşınlarında Cəlilabad rayonu ərazisində Cəlilabad rayon Polis İdarəsinin(RPİ)rəisinin sürücüsü, polis əməkdaşı İlkin Həsənov tərəfindən güllələnmişlər. Oğlum ayağından, İsmayıl isə döş qəfəsindən yaralanmışdır. Qanın kəsilmədiyini görən Həsənov öz rəisinə məlumat vermişdir. Rəis də hadisənin səs-küylü olduğunu, üstünün ort-basdır edilməsinin çətinliyini dərk edib Cəlilabad rayon prokuroru ilə danışıb məsləhətləşmişdir. Hər iki “qanun keşikçisi” belə qərara gəlirlər ki, oğlum və dostunun üstünə narkotik maddə yükləsinlər və belə də edirlər. Oğluma və İsmayıla nə az, nə çox 3 kq.a yaxın narkotik maddə yükləyirlər. Onların telefon danışıqlarını çıxararaq dost-tanışlarını şöbəyə dəvət etmiş, ağır işgəncələr verdirərək  oğlum və İsmayılın üzünə durğuzmuşlar.

Nəhayətdə oğlumu və dostunu AR.CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilib işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qanundan, Allahdan qorxmayaraq Cəlilabad rayon prokurorunun və polis rəisinin, eyni zamanda polis əməkdaşlarının saxta və qurama sübutlarını təsdiq etmiş, 3 kq-a yaxın narkotik maddəni oğlum və dostunun boynuna yükləyərək hər birini 10 il azadlıqdan məhrum etmişlər.

Düşündük ki, bu ölkədə qanunlara hörmət edən, Prezidentin etimadını doğruldan, qanunların aliliyini düşünən məhkəmə hakimləri və məmurlar da var. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı ədalətsiz, saxta qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik.

Apellyasiya Məhkəməsi 3 kq narkotik maddənin qurama və saxta olduğunu sübut edib oğluma və İsmayıl İsmayılova bəraət verdi, ancaq cəzalarının üstündən 01 il götürülərək 9 ilə endirildi.

Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb, onu ədalətsiz hesab edərək AR.Ali Məhkəməsinə Kassasiya Protesti verdi. Ali Məhkəmə də prokurorluğun kassasiya şikayətini rədd etdi.
Hazırda oğlum və İ.İsmayılov tərəfindən kassasiya şikatəti verilmişdir, onlar Ali Məhkəmədən bəraət istəyirlər, çünki günahsız və heç bir qanunsuz əməl törətməyiblər.

Hörmətli Prezident, hörmətli Mehriban Xanım, toplanmış materiallardan, saxta sübut və faktlardan görünür ki, Cəlilabad RPİ rəisinin sürücüsü İlkin Həsənov oğlumu və dostunu narkotik vasitəyə görə güllələmişdir. Bu isə təsdiqini tapmamışdır, həm Ali Məhkəmə, həm də Apellyasiya Məhkəməsi bu ittihamı rədd etmişdir.

Onda sual yaranır, nəyə görə oğluma və dostuna 9 il azadlıqdan məhrumetmə cəzası verilib? İki nəfəri güllələyən İlkin Həsənov və ibtidai araşdırmaya Prosessual rəhbərliyi həyata keçirən prokuror niyə cəzasız qalıb?

Oğlum və dostuna 234.4.1 və 234.4.3 maddələri ilə cəza həddinin ən yüksəyi 10 ildir ki, onu da vermişlər. Belə çıxır ki, bəraət verməyin heç bir xeyri olmamış, oğlum və dostu qanunsuz qərarların qurbanına çevrilmişlər.

Cənab Prezident, hörmətli Mehriban Xanım, hörmətli qanun və ədalət qoruyucuları, bir ANA kimi üzümü sizə tuturam, oğlum və dostu İ.İsmayılov Həsənov tərəfindən atılan güllələrdən yana şikəst olmuşlar və bu gün zülm-zillət içində ömür sürürlər, hətta əsəblərimə hakim ola bilməyib kimlərinsə cəzalanmasını tələb edirəmsə, bu fikrimdən də vaz keçirəm. Sizə pənah gətirmişəm, göydə Allahın, Yerdə sizin ədalətinizə inanıram. İnanıram ki, bir ANA kimi ürək çırpıntılarıma etinasız yanaşmayacaq, oğlum Rüfət Raufoviçə və dostu İsmayıl İsmayılova bəraət verilməsi üçün müvafiq göstəriş verəcəksiniz. Sizlərin ədalətli və sadə vətəndaşlara olan qayğınızı, mehribanlığınızı bütüm dünya bilir, inşallah hamı kimi bizim də sevinməyimizə yardımçı olacağınıza sidq-ürəkdən inanıram.

Ailəmiz adından əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Göründüyü kimi, məktubda bir ananın valideyn olaraq  həyəcan və təlaşını sezməmək mümkün deyil. Redaksiya olaraq, biz də qanunların şah olmasını istəyir, günahsız insanların tezliklə azadlığa qovuşmasını diləyirik.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda insanlar RƏZİL edilir – ŞOK MÜRACİƏT

    Qazaxda insanlar RƏZİL edilir – ŞOK MÜRACİƏT ...

    25-01-2023, 11:00

  • 
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29

  • 
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verib

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    12-05-2021, 09:56

  • 
  • Sakinlər Mehdi Səlimzadədən Prezidentə şikayət edirlər

    Sakinlər Mehdi Səlimzadədən Prezidentə şikayət ...

    10-04-2019, 19:40

  • 
  • SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik

    SOCAR: Azərbaycan neftçiləri adından Mehriban ...

    7-11-2019, 12:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu