GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyonluq qalmaqal: “Bir ildir bizi girov saxlayırlar”

Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyonluq qalmaqal: “Bir ildir bizi girov saxlayırlar”

Tarix: 20-10-2024, 15:07 Bölmə :Cəmiyyət Baxış: 216

bitmap-img6

Zərdab və Mingəçevirin 14 il boyunca icra başçısı olmuş Lütvəli Babayevin oğlu Babəli Babazadə vergidən 1 milyon manat yayınmaqda suçlanır, hətta buna görə ölkədən qaçdığı iddia edilir. Bu iddia onun zərərçəkmiş kimi adı keçən 2 milyon manatlıq dələduzluq işində yer alıb. Həmin işdə təqsirləndirilən şəxs kimi həbs edilənsə B.Babazadənin öz dostu – “Uniklinika”nın baş həkimi Aruz Əliyevdir.

Bir ildir həbsdə olan A.Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, Etiram Kərimovla birlikdə mühakimə edilir. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Cinayət işinin materiallarında iddia edilir ki, B.Babazadənin tikinti şirkətinin 1 milyon manatlıq vergi borcuna görə ona məktub gəlib. Həkim-cərrah olan dostu A.Əliyev ona ölkədən getməsini məsləhət görüb. B.Babayev Türkiyəyə qaçıb və Azərbaycandakı işlərinin yönəldilməsindən ötrü A.Əliyevə baş etibarnamə verib. 

Türkiyədə olduğu müddətdə onun bir evi və bir obyekti satılıb. İttihama görə, 2 milyon manatı təqsirləndirilən A.Əliyev və E.Kərimov mənimsəyib.

Təqsirləndirilən şəxslər bu ittihamı qəbul etmir, B.Babazadənin onları şərlədiyini deyirlər. Bildirirlər ki, əmlakları sabiq icra başçısının oğlunun istəyi ilə satıb, pulu da özünə göndəriblər. Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır.

Bu cinayət işi üzrə B.Babazadə zərərçəkmiş, atası da şahid kimi dindirilib.

“Niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin?”

Oktyabrın 17-də məhkəmədə həm A.Əliyev, həm də E.Kərimovun vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.

A.Əliyevin vəkili deyir ki, müvəkkili baş həkimdir, onun iş yeri bəllidir. Çağırış göndərilmədən birbaşa axtarış elan olunub. Vəkilin fikrincə, məqsəd də istintaqdan yayınma görüntüsü yaradıb həbs qərarı çıxarılması olub: “Dəvət olunmayan, iş yeri bəlli, daimi yaşayış yeri olan adam haqqında niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin? Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.
E.Kərimovun vəkili məhkəməyə fotolar təqdim edərək onların sübut kimi qəbul olunmasını istəyib: “Guya dindirməyə apararkən idarədə ayaqyolunun qarşısından qaçmaq istəyib. Bu, mümkün deyil. Oranın şəkillərini çəkmişik. Bu şəkilləri vəsatətimizə qoşma olaraq təqdim etmək istəyirik”.

Vəkillər ittihamın bütövlükdə qurama olduğunu vurğulayıblar. Onlar bir sıra şəxslərin məhkəmədə əlavə şahid kimi dindirilməsini də istəyiblər.

“Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Guya biz bu pulları mənimsəmişik. Əslində isə biz o pulları görməmişik. Qondarma ittihamla bizi bir ildir girov saxlayırlar”, – təqsirləndirilən E.Kərimovun sözləridir.

Onların ev dustaqlığına buraxılması haqda qaldırılan vəsatətlər təmin edilməyib. Əlavə şahidlərin dindirilməsi məsələsi də baxılmamış saxlanılıb.

Oktyabrın 31-də keçiriləcək növbəti məhkəmə iclasında dindirmələr olacaq.

A.Əliyev və E.Kərimova ittiham verilən maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb.
Onun oğlu Azərbaycanda “BLB” MMC-nin rəhbəri olub. 2021-ci ildə Moskvada “Liqa-Stroy” MMC-ni təsis edib.
Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkətsə “Top Point” MMC-dir. Bu şirkət 2014-cü ildə L.Babayevin həyat yoldaşı Rübabə Babayevanın adına təsis olunub./Azadlıq.org



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 10 milyon manatla ölkədən qaçan tikinti maqnatı axtarışa verildi

    10 milyon manatla ölkədən qaçan tikinti maqnatı ...

    29-06-2015, 11:08

  • 
  • ​Sabiq icra başçısı məhkəmədən azadlığa buraxıldı - bir müddət əvvəl həbs edilmişdi

    ​Sabiq icra başçısı məhkəmədən azadlığa buraxıldı ...

    27-04-2019, 00:06

  • 
  • Deputatın qardaşı oğlu azadlığa buraxılıb

    Deputatın qardaşı oğlu azadlığa buraxılıb ...

    17-03-2017, 21:01

  • 
  • Deputatın oğluna qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəmə baxışına verilib

    Deputatın oğluna qarşı dələduzluq edən şəxsin ...

    7-06-2018, 15:50

  • 
  • Arif Əsgərovun baldızı oğluna 9 il cəza istənildi - milyonluq dələduzluq

    Arif Əsgərovun baldızı oğluna 9 il cəza istənildi ...

    8-02-2018, 11:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu