GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » KORRUPSİONERLƏRİN DÖVLƏTƏ QARŞI MİLYONLUQ ƏMLAK DAVALARI - Sabiq məmurlar kimə meydan oxuyur?

KORRUPSİONERLƏRİN DÖVLƏTƏ QARŞI MİLYONLUQ ƏMLAK DAVALARI - Sabiq məmurlar kimə meydan oxuyur?

Tarix: 25-10-2024, 21:15 Bölmə :Cəmiyyət Baxış: 186


Azərbaycanda təəssüf ki, daha çox kampaniya təəssüratı yaradan “adda-budda” korrupsiya ilə mübarizə tədbirlərinin nəticəsi odur ki, bir çox sahələrdə bu bəla hələ də qalmaqda, hətta genişlənməkdədir. Bura rayon icra hakimiyyətləri, dövlət satınalmaları, tenderlər və digər sahələrdən tutmuş hüquq-mühafizə orqanlarına qədər bir çox strukturlar aid edilə bilər...

Ancaq hər halda, ötən illər ərzində bələdiyyə sədrlərindən, ayrı-ayrı gömrük və vergi əməkdaşlarından, icra başçılarından tutmuş nazir müavinlərinə və hətta nazirə qədər(Səlim Müslümov) korrupsiya və rüşvətə görə barəsində cinayət işi açılanlar, həbs edilənlər, əmlakı müsadirə olunanlar var.

Vaxtilə “MTN işi”, “Rabitə işi”, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyilə bağlı və digər hay-küylü korrupsiya işləri əsasında həbs olunan sabiq məmurların böyük əksəriyyəti artıq çoxdan azadlıqdadırlar. Bu qurumlarda baş verənlərə görə birbaşa cavabdehlik daşıyanlar isə, ümumiyyətlə, məsuliyyətə cəlb olunmadı.


Ancaq maraqlıdır ki, korrupsiya cinayətləri, dövlətdən, büdcədən oğurluqları sübut olunan, lakin 10-15 il iş alsa da 3-5 il sonra azadlığa buraxılan bu adamların demək olar hamısı həmin çapıb-taladıqları dövlət ilə əmlak, mal-mülk davasına qalxır. Baxmayaraq ki, məhkəmələrin müsadirə etdikləri əmlaklar çox vaxt onların real əmlakının, var-dövlətinin, mülklərinin cüzi hissəsi olub.

Ötən gün məlum olub ki, 2015-ci ildə məhşur "Rabitə işi" çərçivəsində həbs edilən Vidadi Zeynalov( Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri), Beytulla Hüseynov ("Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sədri), Məhəmməd Məmmədov ("Aztelekom" MMC-nin baş direktoru) dövlətdən məhkəmə tərəfindən haqlı olaraq müsadirə edilmiş əmlaklarını yenə geri tələb edirlər. 


Belə ki, onların əvvəlki iddiaları ilkin məhkəmə instansiyaları tərəfindən rədd edildiyi üçün indi də Ali Məhkəməyə üz tutublar. Hər üç şəxs 2015-ci ildə "Rabitə işi" çərçivəsində korrupsiya cinayətlərində təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd Məmmədova isə 5 il 7 ay 19 gün şərti cəza verilib. Hərəsi 3-4 il sonra məhkəmə hökmü ilə cəzadan azad ediliblər. Məhkəmənin qərarı ilə hər üç şəxsin əmlakları müsadirə edilib. İndi onların geri tələb etdikləri əmlakların dəyəri isə 10 milyonlarla dollarla hesablanır.

“MTN işi” ilə bağlı həbs edilən sabiq paqonlu cinayətkarlar da dövlətdən əmlaklarını geri istəyirlər. Həmin iş çərçivəsində həbs olunan polkovniklərdən tutmuş generallar Mövlam Şıxəliyevə və Akif Çovdarova qədər demək olar hamı müsadirə edilən əmlaklarını tələb ediblər. Təkcə Çovdarovun əmlakı 30 milyon dollardan çox qiymətləndirilir.



Bir müddət əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva da atasının yerinə dövlətlə əmlak davasına çıxıb. O, "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbi binasının müsadirəsinə dair qərardan şikayət verib. Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan Mehdiyevin qızı məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu hesab edib və Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Dövlətə qarşı əmlak davası qaldıran sabiq məmurların siyahısını uzatdıqca uzatmaq olar, belə işlərin sayı-hesabı yoxdur.

Marqlıdır ki, təkcə azadlığa buraxılan deyil, hələ həbsdə olan sabiq məmurlar da əmlaklarını geri tələb edirlər. Məsələn, İmişlinin həbsdə olan sabbiq icra başçısı Vilyam Hacıyevin ailə üzvləri ümumilikdə 6 milyon manata yaxın dəyəri olan əmlaklarının geri qaytarılması tələbilə məhkəməyə müraciət ediblər.

Bəli, sırf hüquqi baxımdan hər bir Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək və halal(!) haqqını geri almaq hüququ var. Ancaq məhz adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların əmlak tələbi Azərbaycandakı korrupsiyalaşmış, cinayətkar məmur tipinin həyasızlıq, abırsızlıq səviyyəsinin həddi-hüdudunun olamdığının sübutudur. Əlbəttə, Azərbaycan reallıqlarını nəzərə alsaq, bu əmlakların sonrakı taleyi, kimlərin əlinə, nəzarətinə keçdiyi barədə nəsə demək çətindir. Ancaq faktiki olaraq, onların zamanında sabiq məmurlar tərəfindən oğurluq pullarla alındığına çətin ki, şübhə ilə yanaşan tapıla.

Bəlkə də bu adamları əmlak davasına ümidləndirən, cəsarətləndirən nələrsə, kimlərsə var. Ancaq bu əmlakların geri verilməsi zatən heç də şəffaf reputasiyaya malik olmayan məhkəmələrimizin adına daha bir ləkə gətirər. Necə ki, Akif Çovdarovun əmlaklarının qaytarılması ilə bağlı məhkəmə qərarı çıxarılarkən bu baş verdi. Doğrudur, sonradan həmin qərar növbəti məhkəmə instansiyası tərəfindən ləğv olundu. Ancaq hər halda bu hadisə məhkəmə sistemimizin hansı vəziyyətdə olduğu barədə təsəvvürlərimizi bir daha “təzələmiş” oldu...

Ümumiyətlə, bu adamların əksəriyyəti ya elə həmin məhkəmələr tərəfindən vaxtından əvvəl azadlığa buraxılıblar, ya da əfv ediliblər. Belə görünür ki, onların azadlığa buraxılması həddindən artıq yumşaq, humanist, hətta bəzən səhv addım olub. Talançılığa, oğurluğa görə həbs edilən məmurun vaxtından əvvəl azadlıqda nə işi var ki, hələ dövlətlə xalqdan oğurladığı milyonlar hesabına aldığı əmlakların da davasını aparır, ona meydan oxuyur?/azpolitika.info/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüşvətə görə tutulan azərbaycanlı məmurlar- siyahı

    Rüşvətə görə tutulan azərbaycanlı məmurlar- siyahı ...

    15-01-2015, 23:26

  • 
  • Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri

    Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri ...

    18-01-2014, 10:53

  • 
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10-dan artıq vəzifəli şəxsi barədə həbs qətimkan tədbiri seçilib

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ...

    12-11-2015, 19:39

  • 
  • Səlim Müslümov həbs edildi?

    Səlim Müslümov həbs edildi? ...

    3-02-2021, 12:09

  • 
  • Azərbaycanın korrupsiya çempionları məlum oldu

    Azərbaycanın korrupsiya çempionları məlum oldu ...

    3-10-2013, 14:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu