GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 12 noyabr 1817-ci il tarixində: Tehran səmasında parlayan ulduz

12 noyabr 1817-ci il tarixində: Tehran səmasında parlayan ulduz

Tarix: 5-11-2024, 15:42 Bölmə :Cəmiyyət Baxış: 199

            

İsrailin Bəxçi məntəqəsində yaşıllıqlar içərisində məqbərə yerləşib. Hər il dünyanın hər yerindən müxtəlif irqlərə  və etnik qruplara mənsub minlərlə ziyarətçi gəlib, orada uyuyan Şəxsə öz ehtiramlarını bildirirlər. Məqbərədə uyuyan  Şəxs Bəhaullah, onun görüşünə gələnlər isə Bəhai dininə mənsub insanlar – bəhailərdir.


Miladi təqvimi ilə 1817-ci il noyabrın 12-də Tehran şəhərində ölkənin adlı-sanlı ailəsində bir uşaq dünyaya göz açdı. Valdeynləri ona Hüseyn Əli adını verdilər. Sonralar ardıcılları və düşmənləri Onu Bəhaullah – “Allahın Cəlalı” kimi tanıdılar. O, İranda baş qaldırmış babilər (1844-1852) hərəkatının əsas şəxslərindən biri kimi tanındı, həbs olundu, fiziki və mənəvi əzablara düçar oldu, vətənindən qovuldu.

          1863-cü ilin aprelində, Bağdadda sürgündə ikən, çox ciddi iddia ilə dünyaya səs saldı. Özünü İlahi Zühur elan etdi və Allahdan Yeni İlahi Təlim (Din) gətirdiyini bildirdi. Ardıcılları Onu Allahın Elçisi kimi qəbul etdilər. Osmanlı dövlətinin məhbusu kimi ömrünün 40 ilini məmləkətin ən xaraba şəhəri Əkkada (indiki İsrail ərazisində) həbsdə keçirtdi. Bəhaullah yazır:

              Əzəli Camal zəncirlərlə qandallanmağa razı oldu ki, bəşər köləlikdən xilas olsun, böyük Qalada məhbus olmağı qəbul etdi ki, bütün dünya həqiqi azadlığa çıxsın. O, kədər badəsini sonadək içdi ki, yer üzünün bütün insanları daimi sevincə qovuşsunlar və şadlıqla dolsunlar. Ey tövhid əhli, Biz zilləti qəbul etdik ki, siz izzətə çatasınız və hər cür məşəqqətlərə razı olduq ki, siz rifaha yetişəsiniz. Baxın, bütün dünyanı yenidən qurmaq üçün gəlmiş Kəsi müşrüklər ən xaraba şəhərdə necə məskun etmişlər.

           1868-ci ildə, Osmanlı dövlətinin məhbusu ikən dünya hökmdarlarına mübaciət etdi və onları ordulardan imtina etməyə, hərbi xərcləri xalqların rufahına sərf etməyə, Yeni Dünya Nizamı qurmağa çağırdı. Öz Yazılarında bildirirdi ki, o bütün xalqların çoxdan göslədiyi dünyanın Müəllimi və Tərbiyəçisidir. Çaylar dənizdə qovuşduqları kimi bütün əvvəlki dinlər də Onun İlahi Təlimində qovuşacaqdır. O dövr üçün ağlagəlməz çağırış etdi: “Dünya bir vətən, bütün insanlar onun vətəndaşıdır”; Bəşəriyyətin və Dinlərin Əzəli Birliyi konsepsiyasını irəli sürdü, kişi və qadınların bərabərliyi, təəssübün (irqi, dini, etnik və s.) bütün formalarından imtina edilməsi, beynəlxalq köməkçi dilin qəbul edilməsi, ümumi icbarı təhsil, dünyada vahid yazı (əlifba), çəki, pul və ölçü sistemlərinə keçilməsi, siyasətə qarışmamaq və ölkənin qanunlarına ehtitram etmək kimi prinsipləri ürəli sürdü, Vahid Dünya Sivilizasiyasının gəlişinin müjdəsini verdi.

         Bütün insanlar daim inkişafda olan Sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar. Hansı irq və dindən olmalarından asılı olmayaraq dünyanın bütün xalqları bir Səmavi Mənbədən İlham alırlar və bir Allahın bəndələridir.

1892-ci ildə dünyasını dəyişdi. O, hələ sağ ikən ardıcılları Təlimini dünyanın dörd bir tərəfinə yaydılar. Hal-hazırda dünyanın 234 ölkəsində 8 milyondan çox bəhai yaşayır. Bəhailər vahid beynəlxalq təşkilatda – Bəhailərin Beynəlxalq Birliyində birləşmişlər. Bu Beynəlxalq Qurumun Ali Ruhani və İnzibati orqanı olan “Ümumdünya Ədalət Evi” və ziyarətgahları İsrailin Hayfa və Əkka şəhərlərində yerləşmişdir. Bu Birlik planetimizdə qlobal sülhü və ekologiyanı qorumaq, xalqların sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birlik hər il dünyanın müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində 1500-ə qədər layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya, Hindistan, Konqo Demokratik Respublikası, Kamboca və digər ölkələrdə Bəhai icmaları nüfuzlu dini azlıq sayılırlar.

             Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir yerində bəhailər bu ölkədə olduğu kimi ciddi təqiblərə məruz qalmamışlar. İslam inqilabından sonra bəhai icmasının zəiflədilməsi və son nəticədə məhv edilməsi İran hökumətinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Bu dövlətin yarandığı ilk 10 ili ərzində (1979-1989) 200 nəfərdən çox bəhai edam edilmişdir, minlərlə insan zindana atılmış, on minlərlə insan işdən və təhsil müəssisələrindən qovulmuş və başqa hüquqlardan məhrum edilmişlər. 1980-ci ildə Bəhai icmasının 9 nəfərdən ibarət inzibati rəhbərliyi həbs edilmişdir ki, onların taleyi barədə bu gün də məlumat yoxdur. Onları əvəz edən digər 8 nəfər isə dərhal həbs olunaraq edam olunmuşlar. Ardıcıl basqınlar, həbslər və təhdidlər təhlükəsi bu gün İran bəhailərinin gündəlik həyatıdır.

         Bəhai dini yaranan gündən Azərbaycanda da ardıcılları olub. Artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yerlərdə bəhai icmaları fəaliyyət göstərirdi. 1937-38-ci illərdə bəhailərə qarşı aparılan təqiblər 38 fəal üzvün öldürülməsi, yüzlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bu təqiblər icmanı zəiflətsə də onu məhv edə bilmədi. İcmanın fəaliyyətinə qoyulmuş qadağalar sovet dövlətinin süqutuna kimi qüvvədə qaldı. Respublikamız müstəqillik əldə etdikdən sonra Etiqad Azadlığı haqda Qanunun qəbulu bəhai icma¬sına açıq fəaliyyət üçün şərait yaratdı.


Azər Cəfərov 

Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru 

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda daha təhlükəli təriqət: BƏHAİLİK

    Azərbaycanda daha təhlükəli təriqət: BƏHAİLİK ...

    16-01-2014, 12:26

  • 
  • Təbrizdə daha bir azərbaycanlı bəhai tutulub

    Təbrizdə daha bir azərbaycanlı bəhai tutulub ...

    19-07-2014, 14:20

  • 
  • Uşaq dünyaya gətirən ilk kişi həbs olundu

    Uşaq dünyaya gətirən ilk kişi həbs olundu ...

    22-11-2014, 22:15

  • 
  • Rüqəyyə Kəbiri Tehran Beynəlxalq Qısametrajlı Film Festivalının mükafatını almaqdan imtina edib

    Rüqəyyə Kəbiri Tehran Beynəlxalq Qısametrajlı ...

    17-12-2019, 16:08

  • 
  • Sabah Məhərrəmlik başlayır

    Sabah Məhərrəmlik başlayır ...

    21-09-2017, 22:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu