Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bəzi rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
Bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.
GUNDEMXEBER.AZ bildirir ki, Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əksər rayonlarda noyabrın 20-si saat 9:00-a olan məlumata əsasən, hava şəraiti yağmursuz keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.
Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.
GUNDEMXEBER.AZ
12-03-2021, 11:53
24-02-2021, 09:56
24-03-2015, 11:20
15-05-2023, 12:47
13-01-2020, 11:54
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?