AZAL-ın qəzaya uğrayan təyyarəsinin istehsalçısı olan "Embraer" şirkətinin nümayəndələri Braziliyadan Aktau şəhərinə gediblər.
Bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təhqiqat komissiyası aviasiya hadisəsi yerində növbəti işləri planlaşdırıb.
Yeri gəlmişkən, yaxın günlərdə CENIPA-nın (Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) gəlişi gözlənilir.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?