GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın qəzaya uğrayan təyyarəsinin qara qutularının təhlilinin yekunlaşdığı bildirilir

Azərbaycanın qəzaya uğrayan təyyarəsinin qara qutularının təhlilinin yekunlaşdığı bildirilir

Tarix: 7-01-2025, 23:50 Bölmə :Cəmiyyət Baxış: 147


Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayan Embraer təyyarəsinin qara qutularının təhlilini yanvarın 6-da yekunlaşdırıb.

Bu barədə Braziliyanın G1 nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, qara qutular yanvarın 1-də Braziliyaya aparılıb və yanvarın 2-dən qutuların analizi başlayıb.

Araşdırmada iştirak edənlər nəşrə bildiriblər ki, ötən şənbə günü (yanvarın 4-də) "iki qeydedicidə olan məlumatların çıxarılması, əldə edilməsi və təsdiqlənməsi" başa çatıb.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Qəzanın təhqiqatına ICAO Konvensiyasına (Çikaqo Konvensiyası) uyğun olaraq hadisənin baş verdiyi ölkə olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edirlər. Qara qutular beynəlxalq ekspertlərin iştirakı ilə götürülüb.

Azərbaycan KİV-ləri, həmçinin Euronews və Reuters telekanalları ilkin olaraq təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması barədə məlumatlar yayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi xarici təsirdən zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron müdafiə sistemi vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan prezidenti yerli mediaya müsahibəsində Rusiyaya qarşı üç tələb irəli sürüb.

"Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir".

Əliyev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ondan üzr istəyəndə birinci tələb “artıq yerinə yetirilib”.

Azərbaycan prezidentinin Rusiyaya qarşı irəli sürdüyü ikinci və üçüncü tələblə bağlı Rusiya tərəfi hələ rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır, orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə ibtidai istintaq hərəkətləri aparırlar.

Azərbaycan Prezidenti yanvarın 6-da təyyarə qəzasında həlak olan və sağ qalan ekipaj üzvlərinin mükafatlandırılması mərasimində deyib ki, əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda faciə baş verməzdi.

Əliyev deyib ki, obyektivliyin sual altına düşə biləcəyini nəzərə alaraq, Dövlətlərarası Aviasiya Komitəsinin (Rusiya-red) “qara qutu”ları açmasına qəti etiraz edib.

Prezident xatırladıb ki, Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bu barədə məlumat veriləcək.

“Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”, o qeyd edib.



GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN: Rusiyada qəzaya uğrayan təyyarədə olan azərbaycanlı sərnişinin vətəndaşlığı araşdırılır

    XİN: Rusiyada qəzaya uğrayan təyyarədə olan ...

    12-02-2018, 10:13

  • 
  • İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb - YENİLƏNİB-2

    İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ...

    18-02-2018, 17:48

  • 
  • İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb - YENİLƏNİB-2

    İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ...

    18-02-2018, 13:30

  • 
  • Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - YENİLƏNİB-3

    Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları ...

    12-02-2018, 11:45

  • 
  • Bakı-Qroznı təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib - VİDEO

    Bakı-Qroznı təyyarəsi Aktau şəhərinin 3 km ...

    25-12-2024, 14:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu