GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rüfət Səfərovun anasının ölkədən çıxışına qoyulan qadağa ləğv edilib

Rüfət Səfərovun anasının ölkədən çıxışına qoyulan qadağa ləğv edilib

Tarix: 7-01-2025, 23:55 Bölmə :Cəmiyyət Baxış: 144


“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızının Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qoyulan qadağa ləğv edilib.

Bu barədə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərovun facebook səhifəsində qeyd edilib.

Məlumatda qeyd edilib ki, yanvarın 7-də ailəsi Türkiyəyə müalicəyə gedib.

Tahirə Tahirqızı Amerikanın Səsinə deyib ki, hazırda İstanbul şəhərindədir və ağır parkinson xəstəsi olan həyat yoladaşının müayinəsi başlayıb.

Tahirqızı yanvarın 6-da şahid qismində ifadə vermək üçün istintaqa dəvət edilib. O, istintaq orqanının dəvətinə əməl edərək Bakı şəhər Baş Polis İdarəsinə gedib və ifadə verməkdən imtina edib.

Tahirə Tahirqızı Amerikanın Səsinə bildirib ki, həyat yoldaşı ağır parkinson xəstəsidir.

“Həyat yoldaşım hər altı aydan bir İstanbulda əməliyyat olunduğu klinikada müayinədən keçir. Son hadisələr, oğlumuzun həbs edilməsi onun xəstəliyinin daha da kəskinləşməsinə səbəb olub. Buna görə yanvarın 7-də İstanbula getmək üçün təyyarəyə qabaqcadan bilet almışam. Mənə son anda məlum olub ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Biz pensiya ilə dolanırıq. Bu bilet pulu belə bizim üçün böyük məbləğdir”, o qeyd edib.

Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Səfərov ittihamları “uydurma” və “cəfəng” adlandıraraq rədd edib, insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi və mükafatlandırma mərasimində iştirakının qarşısının alınması məqsədi ilə həbs edildiyini bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken 2024-cü il dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə Vaşinqtonda bir neçə ölkədən tanınmış insan hüquqları müdafiəçilərinə mükafat təqdim edərkən Rüfət Səfərov üçün ayrılmış oturacağın boş olmasına diqqət çəkib.

“Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir”, Dövlət katibi vurğulayıb.

Avropa Parlamenti dekabrın 19-da qəbul etdiyi qətnaməsində Səfərovun və həbs edilən digər hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların “əsassız, siyasi motivli ittihamlar”la üzləşdiyini vurğulayıb.

Avropalı qanunvericilər Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyib, siyasi məhbusların sərbəst buraxılmasına və hökumətin yüksək vəzifəli məmurlarına Avropa İttifaqının (Aİ) hədəfli sanksiyalarının tətbiq edilməsinə çağırıb.

Azərbaycanın hakimiyyət nümayəndələri isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib və beynəlxalq çağırışları “Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə” kimi qiymətləndirib.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.

Xatırladaq ki, Rüfət Səfərov həbs edildikdən sonra bir sıra sosial şəbəkələrdə onun ailə üzvlərinə və qohumlarına qarşı təhqiredici səs yazıları yayılmağa başlayıb. Bu səs yazılarında xüsusilə Rüfət Səfərovun atası Eldar Sabiroğlu hədəf alınıb./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada aclığa başlayıb

    Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada ...

    22-09-2017, 13:28

  • 
  • Həbs olunan hüquq müdafiəçisi Rüfət Səfərovun anası polis idarəsinə çağırılıb

    Həbs olunan hüquq müdafiəçisi Rüfət Səfərovun ...

    6-12-2024, 23:24

  • 
  • Martın 19-da Rüfət Səfərovun apellyasiya şikayətinə ilkin baxış olacaq

    Martın 19-da Rüfət Səfərovun apellyasiya ...

    19-03-2018, 11:49

  • 
  • Prezidentin əfv etdiyi sabiq müstəntiqi xaricə buraxmırlar

    Prezidentin əfv etdiyi sabiq müstəntiqi xaricə ...

    2-04-2019, 17:08

  • 
  • Rüfət Səfərovun anası: Oğlumun başından bir tük əskik olsa özümü yandıracam

    Rüfət Səfərovun anası: Oğlumun başından bir tük ...

    26-11-2019, 15:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu