GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sovetlər niyə dinləri aradan qaldıra bilmədilər?

Sovetlər niyə dinləri aradan qaldıra bilmədilər?

Tarix: 13-01-2025, 13:18 Bölmə :Cəmiyyət Baxış: 281

                                                            

Din – cəhalət, kriminal birlikdir.


Çünki, dinləri ifşa etmək üçün onları xırdalıqlarınadək incələmədilər ki, xalq dinlərin əsil mahiyyətini tam, ətraflı bilsin, onun yalan olmasına şübhə yeri qalmasın, eləcə qadağan etdilər. Belə ki, bu incələmə hamı üçün əlçatan olmalı idi. Bununçünsə, dinlərin, təriqətlərin əsas kitabları, tezisləri onların izahlı ifşaedici şərhləri ilə çap edilməli və tədris edilməli idi. Dinin mahiyyəti tam açıqlanmadığından,dini kitabları yığışdırmaqla, dinlə maraqlanmağı, dini ayinlərin icrasını qadağan etməklə, dinçiləri tutmaqla, Sovetlər özləri də bilmədən, istəmədən, dinin yüz illərdir beyinlərə yeritdiyi yalanların şüur altında, bilincaltı qalıb qorunmasına, qapalı, mövhumi bir ümid yeri, qüvvə kimi şübhəli  qalmasına və yenidən ortaya çıxmasına şərait yaratdılar.

Sovetlərin dinləri aradan qaldıra bilməməsinin ikinci əsas səbəbi öz vətəndaşlarını varlı edə bilməməsi idi. Partnamenqlaturadan başqa əksər kəsim kasıb yaşayırdı. Kasıblıq-yaşamını yaxşılaşdırmağı vəd edən aldadıcı, şirin vədlərə inanmaq üçün münbit psixoloji ortam-şərait yaradır. Belə ortamda-şəraitdə hər cür aldadıcı vədlər, o cümlədən dinlər, təriqətlər, sektalar, pirlər, şirnikləndirici görüşlər sürətlə yayıla bilir, sanki din dələduzluğuna geniş qapı açılır. Kasıb, çətinliyi olan öz yaşamını yaxşılaşdırmaq üçün əlacsızlıqdan belə vədlərə sadəcə möhtacdır, ümidlidir...bu isə, dələduzluğu stimullaşdıran sosial baza deməkdir. Dini vədlər varlının vecinə deyil, çünki o vəd olunanları, hələ bir az da artığını real həyatda yaşayır, ona görə də varlının dindarlığı üzəvarıdır, sadəcə çoxluqdan dışlanmamaq üçündür.

Bunlardan başqa, Sovetlər də, bütün başqa hakimiyyətlər kimi, bir müddət sonra dinləri öz məqsədlərinə maşa kimi istifadə üçün, Daşkəntdə, islam dinli oxul (məktəb), mədrəsə açdı ki, bu da mollalığın yasaqlığını faktiki aradan qaldırmış oldu. Keçmiş Sovetlər ərazisində Ərəb İslam dininin yayılmasının üçüncü əsas səbəbi bu idi.

 Dördüncü səbəb - SSRİ-nın (Sovet Sosialist Respublikalar İttifaqı) dağılmasından sonra, onu təşkil edən müttəfiq respublikalarda dünyəvi bilimin, yəni elmi biliklərin öyrənildiyi oxullarda, yəni məktəblərdə bilgi öyrənməsinin səviyyəsinin çox aşağı düşməsi idi. Buna paralel, insanların aşağı düşüncəli kəsimində cəhalətin, yəni dinlərin yayılmasına münbit ortam-şərait yaranmış oldu...Çünki, cəhalət-din əsassız düşüncələr kimi daha çox bu yönlü qavramda kasıb, çətinliyi olan, aşağı səviyyəli insanlar arasında asanlıqla yayılır. Adam oxumuş, savadlı, elmi dərəcəli də ola bilər, ancaq bu yönlü,yəni dinlərin içəriyini (mahiyyətini) bilmək qavramında aşağı səviyyəli olduğundan-bilmədiyinin cahilidir, yəni dindardır.

Oxullarda-məktəblərdə bilik öyrədilməsinin səviyyəsinin aşağı düşməsi isə - büdcədən az pul ayrılması üzündən oxulların maddi-texniki bazasının yetərincə olmaması, müəllimlərə az maaş verilməsi, ölkədə köhnə idarəçilik üsulunun qismən, yarımçıq dəyişməsi, öyrətməkdə (tədrisdə) köhnə idarəçilik üsulunun yeni yaranan ictimai münasibətləri düzgün tənzim edə bilməməsi, yeni yaranan tələbatın yetərincə ödənməməsi, bu tələbatın ödənməsi üçün yeni üsulların, yəni repititor-ayrıca hazırlaşmaq üçün daha bilikli müəllim yanına gedilməsi, özəl, həm də bəzən keyfiyyətsiz öyrətmə (tədris) müəsisələrinin yaranması ilə sonuclandı.

 Vaxtilə dünyəvi-layiq yaşam tərzini yaşayan İranın, Əfqanıstanın, hətta Türkiyənin yenidən geriçi ərəb islam həyat tərzinə qayıtması, yuxarıda göstərilən şərtlərin-siyasi idarəçilik sistemindəki boşluqlar üzündən islam dini-şəriət yaşam tərzinə qaytarılması ilə bağlıdır. Ərəb islam geriliyinə qayıtma əsasən içdən kütlənin bilinc altındakı hələ tam çözülməmiş, ifşa edilməmiş, qiymətləndirilməmiş cəhalət düşüncəsi ilə bağlıdırsa, başqa yöndən müsəlman Şərqini, daim xammal mənbəi kimi gerilikdə saxlanması, inkişafdan uzaq görməsi məqsədilə Avropanın, ABŞ-ın imperiya maraqları üçün öz uzantılarını-agentlərini buna təhrik etməsilə, əksəri müsəlman olan ölkələrdə hakimiyyətə gətirməsilə bağlıdır.

İmperialistlər deyir: “Türkleri savaşaraq, asker ve silah kullanarak asla yenemezsiniz. Türklerin sadece din adamlarını ele keçirip, onları kullanın! Onlar zaten devleti yıkarlar!” (Unison Çörçill, İngiltete Baş Bakanı, FB,Dilber Hesenbeyli,06.09.2015.)

1915-ci il Çanaqqala savaşında düşmən üçün keçilməzliyin səbəbi – türkün özünü qoruma instikti, dünyəvi düşüncəyə əsaslanan şüuru idisə, 1919-da Osmanlı Dövlətinin çökməsinin birinci əsas səbəbi isə - idarəçiliyin, yaşamın dünyəvilik üzərindən deyil, Ərəbin İslam cəhaləti üzərindən qurulması idi…

İmperialist ABŞ deyir: “Müsülman ülkelerinde demokrasi ve layiklik olmasına izin verməyiz. Egitim sisteminin ve ülke idaresinin din temelleri üzərində kurulması gerekyor. Başlarındakı çoban ele getirince, ölkeyi biz yöneteriz. Bu doğrultuda tedbirler almak zorundayız.” (ABŞ 37-ci prezidenti, Riçard Nikson, FB, “Vatanseverlerin sesi.”,05.01.2017.)

  İranda ayətulla Xomeyninin, Türkiyədə fetoçuların-Fətulla Gülənçilərin, Əfqanıstanda radikal islamçı talibançıların Avropa, ABŞ tərəfindən hakimiyyətə gətirilməsi bu deyilənlərə aydın sübutdur.

Böyük Atatürk deyir:“Kuran, arapoğlu Muhammedin uydurduğu bir safsafadir!” (M.K.Atatürk.Kaynak:Kazım Karabekir anlatyor.Uğur Mumçu, 5)

“Yoksulluk ve sefaleti yenmek için önce cehaleti yenmek gerekir.” (Qazi Mustafa Kamal Atatürk,TC ilk türkçü prezidenti)

“Cehalet yenilmesi gereken en böyük düşmandır.”, “Size seslenyorum, unutmayın ki, en böyük savaş, cehalete ve gerilige karşı yapılan savaşdır.” (Qazi Mustafa Kamal Atatürk,FB,Atatürk felsefemiz, 27.05.2016.)

“Ahlaksız bir Arabın dini görüşlerinden oluşan İslam artık ölmüştür. Belki, çöldeki köçebe kabilelerine uyğun olmuş ola bilir, ama gelişmekte olan modern bir ülke için degil. Dine ihtiyac duyan bir yönətici korkakdır. Hiç bir korkak yönətici olmamalıdır.”,(basım,Tekin Yayınevi, İstambul,1993.FB,Sevda Ələkbərova,30.09.2023.)

Adətən, dini-şəriət qurluşlarında hakim ideologiya tərəfindən orta-azad düşüncə təbəqəsinə yaşam haqqı tanınmadığından bu kəsim üzdə olmur, gizlinə çəkilir, toplum iki yerdə qütbləşir- 1) aldadan hakim dələduzlar, 2) aldanan məhkum inanclı kütlə. Bu quruluş, yaşam tərzi dini bitiklərə, yəni dini kitablara əsaslanır. Yeri gəlmişkən, Avropa xristian dini idarəçiliyindən, yaşam tərzindən 235 il qabaq imtina edərək, sürətli qalxınma-intibah yoluna keçərək, bu günə-ən üstün yaşam tərzinə gəlmişdir. Bu gün Avropada yaşam insanların arzusudur.

Sovetlərin dinləri tam aradan qaldıra bilməməsinin səbəblərindən biri də, Sovetin özünün həm də din effektli olmasıydı, baxmayaraq özü dinlərə qarşı idi. Belə ki, Sovetlərdə hakim ideologiya Kommunist Partiyasının, əslində isə onun birinci katibinin-şəxsinin qərarı, fikri idi, fərqli fikirlilər qəddarcasına təqib olunur, daşıyıcıları öldürülürdü. Bütün siyasi repressiyalar buradan qaynaqlanırdı. Başqa sözlə, Kommunist Partiyasının, onun birinci katibinin-şəxsinin fikri sorğulanmaz, ehkam kimi qəbul olunurdu, bu isə insanı, toplumu inkişafdan saxlayan dini xarakterli, əsas amildir. Yeri gəlmişkən, Sovetlərin çökməsinə əsas səbəb də elə bu oldu. Çünki, bu diktat, ehkamçılıq xalqın içindən gələn dəyərli təklifləri, təşəbbüsləri bloklamaqla ölkəni inkişafdan saxlayır, partlayışa gətirəcək gərginlikdə saxlayırdı, necə ki, gətirdi də...

Sonuc: İnsanlığı sarmış pisliklərdən, gerilikdən, kasıblıqdan qurtarmaq üçün öncə yanlış düşüncə olan dinlərdən, görüşlərdən qurtulmaqla-bilimə-elmə, yəni mədəniyyətə, yeni texnologiyaya, inkişafa sarılmaq gərəkdir. Bu məqsədə çatmaq üçünsə, insanlar əsaslandırılmış bilklərlə bilgiləndirilməli, orta və ali oxullarda (məktəblərdə) Siyasi Nəzəriyyələr Tarixi fənni keçilməklə, dinlərin, başqa yanlış görüşlərin içəriyi-mahiyyəti açılmalı, ziyanverici xarakterləri, məqsədləri ifşa edilməklə, obyektiv qiymətləndirilməlidir. Biz yaxşılığa doğru dəyişmək üçün öncə bizim düşüncəmizi yanlış formalaşdıran dinlərdən, görüşlərdən qurtulmalı, arınmalıyıq.


(Məmməd)Xan Əzizxanlı,

keçmiş prokuror,əmək veteranı




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çadranı qadağan edən ilk müsəlman hökmdar kim idi?

    Çadranı qadağan edən ilk müsəlman hökmdar kim idi? ...

    5-02-2015, 01:19

  • 
  • Nurçuluq ölkədə rəsmən qadağan olunur

    Nurçuluq ölkədə rəsmən qadağan olunur ...

    17-04-2014, 10:13

  • 
  • Universitetlərdə ilahiyyat fakültəsi

    Universitetlərdə ilahiyyat fakültəsi ...

    11-01-2013, 10:43

  • 
  • Məscidlərdə dini bayraqlar qadağan ediləcək

    Məscidlərdə dini bayraqlar qadağan ediləcək ...

    4-11-2015, 16:11

  • 
  • Azərbaycanda qadağan edilmiş dini kitabların adları bəlli oldu

    Azərbaycanda qadağan edilmiş dini kitabların ...

    7-05-2014, 09:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu