Gundemxeber.az » Ölkə » Cəmiyyət » Beynəlxalq axtarışa verilən rusiyalı sabiq hakim Bakıda saxlanıldı
Rusiyanın sabiq hakimi Yelena Xaxaleva Azərbaycanın paytaxtı Bakıda saxlanılıb.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə "İzvestiya" nəşri öz mənbəsinə istinadən yazıb.
Hüquq-mühafizə orqanlarının vəzifə saxtakarlığında və fırıldaqçılıqda şübhəli bildiyi qadın Bakı hava limanında saxlanılıb.
Qeyd edək ki, 2022-ci ildə Rostov-na-Donu şəhərinin Leninski Rayon Məhkəməsi keçmiş hakim Xaxalevanı qiyabi həbs edib. Həmin il mayın 16-da qadın beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, səkkiz il əvvəl, 2017-ci ildə hakim Xaxalevanın qızının toyundan olan videonun yayımlanması ictimai rezonansa səbəb olmuşdu. Yelenanın saxta sənədinin - ali təhsil diplomunun olduğu aşkar edilmişdi. Həmçinin qızının külli miqdarda pul xərcləndiyi dəbdəbəli toy mərasimi də müəyyən suallar doğurmuşdu. KİV-də dərc edilən xəbərlərdə toya 2 milyon dollara yaxın vəsaitin xərcləndiyini yazılmışdı.
Gundemxeber.az
5-12-2018, 13:00
23-05-2019, 11:33
15-02-2018, 11:03
9-01-2013, 11:51
11-11-2017, 12:49
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?