GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbsdə olan jurnalist Sevinc Vaqifqızı Ombudsman Səbinə Əliyevaya açıq məktub ünvanlayıb

Həbsdə olan jurnalist Sevinc Vaqifqızı Ombudsman Səbinə Əliyevaya açıq məktub ünvanlayıb

Tarix: 6-02-2025, 12:47 Bölmə :Cəmiyyət Baxış: 135

"Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb. "Abzas Media"nın saytında dərc olunan məktubda jurnalist qeyd edib ki, Səbinə Əliyevanın "Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Tirana Həsənə yazdığı açıq məktubu oxuyandan sonra ona yazmaq qərarına gəlib.

"Xanım Əliyeva, bu, mənim sizə ilk açıq məktubumdur. Amma həbsdə olduğum 1 il 3 ay müddətində təcridxanaya göndərdiyiniz nümayəndələr vasitəsilə sizə 2 məktub göndərmişəm. O məktublarda təcridxanada baş verən işgəncə, korrupsiya cinayətləri, 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) əməkdaşlarının həbs olunmuş şəxslərlə qeyri-insani rəftarı barədə yazmışam. Sizə yazdığım halları abzasçılar olaraq həm də media vasitəsilə ictimailəşdirmişik. Bütün vasitələrlə sizə məlumat çatdırdığımız halda "Human Rights Watch" təşkilatına yazdığınız məktubda qeyd edirsiniz ki, Milli Preventiv Qrupun üzvləri "Human Rights Watch"un hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb", deyə, Vaqifqızı məktubda bildirir.

Jurnalist məktubunda vurğulayıb ki, "Abzas Media" jurnalistləri olaraq Milli Preventiv Qrupun üzvləri ilə görüşdə noyabrın 13-də Elnarə Qasımova, noyabrın 14-də Nərgiz Absalamova və bu yazının müəllifinə qarşı zorakı davranış barədə Səbinə Əliyevaya xəbər göndəriblər:

"Təcridxananın əməkdaşı Şəhla Məmmədovanın Nərgiz Absalamovanı təhqir etdiyini, baş nəzarətçi Əzizə Məmmədovanın onun qolunu nəfəsliyin arasında qoyub əzməsini, nəticədə qolunda yaranan qançır izlərini həkim qeydiyyatına aldırdığını diqqətlərinə çatdırmışıq. Noyabrın 16-da ailəm və vəkilim qarşılaşdığım qeyri-insani rəftarla bağlı qaynar xəttinizə məlumat versə də, daha sonra mətbuata açıqlama verərək sizə müraciət etdiyimizi danmışdınız. Dandığınız gerçəkliyin içərisində Ülvi Həsənlinin 6 ay ərzində təcridxanada 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun şirnikləndirməsi ilə otaq yoldaşının onun üzərinə ülgüc çəkməsi faktı da var".

Vaqifqızı məktubunda bildirir ki, onlar "Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli ilə dəhlizdə salamlaşmaq istəyərkən təcridxana əməkdaşının jurnalisti divara çırpıb xəsarət yetirməsi də Səbinə Əliyevanın "unutduğu" digər bir faktdır.

"Belə görürəm son iki həftədə təcridxananın nəzarətçisi Aygül Babayevanın Nərgiz Absalamovaya və bu yazının müəllifinə qarşı qeyri-insani hərəkəti də sizin üçün ötüşdürüb keçdiyiniz xəbərlərdəndir. Yox, əgər qeyri-insani münasibəti öz gözlərinizlə görmək istəyirsinizsə, buyurun, təcridxanaya gəlin. Aygül Babayevanın zorakı hərəkəti ucbatından Nərgizin soyulmuş dərisini görə bilərsiniz. Aygül Babayeva deyir ki, o, təlimat əsasında işləyir və təlimatı verən də təbii ki, təcridxananın rəisi Elnur İsmayılovdur. O da deyir ki, "knopka"ya (düymə red.) bağlı adamdır və yuxarılar nə deyirsə, onu da edir. Sizə şikayət edəcəyimizi deyəndə rəis cavab verir ki, "Ombudsman da bizim adamdır. Biz nə desək, onunla razılaşacaqlar", deyə, baş redaktor məktubuna davam edib.

Jurnalistin sözlərinə görə, Səbinə Əliyevanın "Human Rights Watch"a açıq məktubu göstərir ki, o, təkcə Bakı İstintaq Təcridxanasında saxlanılan siyasi məhbuslara yox, bütün saxlanılanlara qarşı qeyri-insani rəftarı gündəlik norma, məqbul hərəkət kimi qəbul edir:

"Ombudsman Aparatı yaranandan bu yana azı iki dəfə sizin ofisin qarşısına insan haqları ilə əlaqədar gözübağlı müşahidələrinizə etiraz olaraq tabutlar qoyulub. O vaxt gənc fəallar ümid edirdilər ki, bu etirazlar Ombudsman Aparatını insanlara qarşı zorakılıq hallarına, qanunsuzluqlara daha həssas yanaşmağa vadar edəcək. Amma, görünür, idarəniz yenə ört-basdır siyasətini seçib. Son bir ayda həbs yerlərində 11 nəfərin lazımi müalicə ala bilmədiyinə görə o tabutlarda evə göndərilməsi də sizin üçün fakt deyil. Yəqin siz də seçkilər vaxtı Qazax rayonundakı məntəqə üzvü kimi “O, sizin üçün ölüb, bizim üçün yaşayır” tərzində cavab hazırlamağa çalışırsınız. Amma bununla faktları danmırsınız, əksinə İnsan Hüquqları üzrə Müvəkkil adına layiq olmadığınızı göstərirsiniz".

Hələlik Ombudsman Aparatından jurnalistin məktubuna mövqe bildirən olmayıb.

Yanvarın 31-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva "HRW"un icraçı direktoru Tirana Həsənə açıq məktub ünvanlayıb. Məktubda qeyd edilir ki, "HRW" Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatı "şübhəli və qərəzli mənbələrə" istinadən, Ombudsmanın illik və paralel hesabatları nəzərə alınmadan hazırlanıb.

"HRW"un 2025-ci il yanvarın 16-da dərc etdiyi illik hesabatda Azərbaycanda repressiyaların gücləndiyi, o cümlədən jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və fəalların həbs olunduğuna dair məlumatlar yer alıb.

Hesabatda Azərbaycan həbsxanalarında saxlanılanlarla kobud davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilib.

Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilib.

Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub.

Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb.

Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının "əsaslı və misli görünməmiş pozuntusu” kimi qiymətləndirilib.

Hökumət rəsmiləri adətən beynəlxalq təşkilatların tənqidi hesabatları ilə razılaşmır və onların qərəzli olduğunu bildirirlər.

Azərbaycanlı rəsmilər bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini qeyd edirlər./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayılova ilə bağlı prezidentə məktub yazılıb

    Xədicə İsmayılova ilə bağlı prezidentə məktub ...

    14-08-2013, 23:24

  • 
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31

  • 
  • Azərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunub

    Azərbaycanın yeni Ombudsmanı kollektivə təqdim ...

    2-12-2019, 15:39

  • 
  • “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- Hesabat

    “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- ...

    14-05-2014, 15:06

  • 
  • Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb - "Sizə səmimi qəlbdən təşəkkür edirəm"

    Mehriban Əliyeva Vladimir Putinə məktub ...

    15-08-2019, 17:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu