Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda saxlanılan rusiyalı hakim barədə həbs qətimkan tədbiri dəyişdirilib
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi Rusiyanın Krasnodar Vilayətinin keçmiş hakimi, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda ekstradisiya məqsədi ilə saxlanılan Yelena Xaxalevanı həbsdən azad edib.
Gundemxeber.az bildirir ki, bu barədə vəkil Şəhla Hümbətova Facebook Platformasında yazıb.
Belə ki, vəkil həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayəti verib.
"Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi Yelena Xaxalevanın həbsdən azad edilməsi barədə qərar qəbul edib. Sonra biz bəzi sənədlərin hazırlanması üçün prokurorluğa getdik", vəkil qeyd edib.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və Azərbaycanda saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
“Məhkəmənin 4 fevral tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Yelena Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır”, Baş Prokurorluğun Mətbuat xidməti bildirib.
Xatırladaq ki, Yelena Xaxaleva yanvarın 28-də Dubaya getmək istəyərkən Bakı hava limanında saxlanılıb.
Krasnodar Vilayətinin keçmiş hakimi Xaxaleva Rusiyaya könüllü qayıtmaqdan imtina edərək ona qarşı təqibin siyasi motivli olduğunu bildirib.
Xaxaleva əvvəlcə Gürcüstanda, sonra isə Azərbaycanda müalicə olunub.
Keçmiş hakim 2021-ci ilin dekabrında Rusiyanı tərk edib və onun barəsində beynəlxalq axtarış elan edilib. 2022-ci ildə Rusiya məhkəməsi onun həbsinə qiyabi order verib.
Rusiyada Yelena Xaxaleva dələduzluqda, vəzifə saxtakarlığında ittiham olunur. Onun barəsində cinayət işi 2021-ci ildə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tələbilə qaldırılıb.
Gundemxeber.az
23-11-2015, 20:17
16-01-2018, 12:20
18-09-2013, 16:55
20-07-2019, 09:32
27-07-2018, 11:46
Sorğu
Yeni dizaynımız necədir?