Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gənc tədqiqatçının işi üzrə ibtidai istintaq başa çatıb
Gənc tədqiqatçı İqbal Əbilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı bildirib.
Onun sözlərinə görə, Əbilovun özü və vəkilləri artıq işin materialları ilə tanış olublar.
Gələn həftə cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir.
Əbilov özünü təqsirli saymır. Müdafiə tərəfi də hesab edir ki, istintaq ittihamları təsdiq edəcək mötəbər sübutlar təqdim etməyib.
İqbal Əbilov 22 iyul 2024-cü ildə dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar, milli və dini ayrıseçkilik salmaq ittihamları ilə saxlanılıb. Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunur.
Əbilov ittihamları təkzib edir və müstəsna olaraq elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsinə köməklik etmək xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar. 19 noyabr 2024-cü il tarixində məhkəmə Əbilovun həbs müddətini 4 ay uzadıb.
Gundemxeber.az
1-08-2024, 23:55
14-01-2019, 21:20
29-11-2013, 14:11
15-09-2016, 12:30
10-10-2024, 12:50
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?