GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Binəqədi məhkəməsinin “ikili standart aidiyyəti”

Binəqədi məhkəməsinin “ikili standart aidiyyəti”

Tarix: 17-02-2025, 10:35 Bölmə :Cəmiyyət Baxış: 231


Hakim Elnarə Vəliyeva Daxili Qoşunlar Baş İdarəsinin vəkili rolunda


İllərdir son xidmət yerim olan DİN DQBİ-nin (Daxili Qoşunlar Baş İdarəsinin) , qərəzli ayrı-seçkiliyi ilə üz-üzəyəm. Qərəzin dərəcəsi o həddədir ki, idarə özünün 1-ci dərəcəli Qarabağ əlilindən 30 (otuz) milyon manat “şərəfhaqqı” tələb edir !(??) Heç demə, Prezidentə, baş prokurorluğa, məhkəməyə özbaşınalqdan şikayət etməklə idarənin olmayan (şərəf və ləyaqət şəxsə aid keyfiyyətlərdir, idarənin şərəf və ləyaqəti olmur-M. B.) şərəf və ləyaqəti elə ləkələnib ki, yalnız 1-ci dərəcəli Qarabağ əlilinin 30 milyonu ilə yumaq olar. Bu hələ harasıdır, idarənin ayrı-ayrı şöbələri məhkəməyə, dövlət, DİN rəhbərliyinə 1978-ci ildən leytenant olan  47 ilin zabitinin 1991-ci ildən  Azərbaycan Silahlı Qüvvələrində “zabit rütbəsində xidmətdə olmadığını” , Qarabağ savaşına “xidmətə ezamiyyətə”, (döyüşlərdə yaralanıb) hospitala  “məzuniyyətə” getdiyini bildirir. Döyüş komandirinə hansısa mülki 390 manatlıq  vəzifə (maaşı)  yazıblar, pensiyası tabeliyində olanlarınkından 3 dəfə az hesablanır. Məhkəmə təminatı hüququna da qadağa qoyulan qazinin nə inzibati , nə mülki iddia , nə də xüsusi icraat qaydasında müdafiəsinə yol verilir.

Nərimanov məhkəməsində idarənin hüquq müdiri Mahir Əsgərova (haqqımda təhqir, şər-böhtanı məhkəmələrə bu şəxs çatdırır) qarşı xüsusi ittiham qaydasında şikayət veriləndə hakim Gültəkin Əsədova “humanistlik” edərək, xüsusi ittihamçıya vəkil ayırıb, amma ittiham olunan şəxsə yox. Heç demə, bu “humanizm” ittiham olunan şəxsi məhkəmədən yayındırmaq üçünmüş, itihamçıya ayrılan vəkil ittiham olunanın müdafiəsinə ayrılıbmış. Məhkəmə şikayəti icraata götürməkdən imtina edib və mülki qaydada məhkəməyə iddia verməyi məsləhət görüb. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da bu adda, bu nişanda şəxsin qeydə alınmaması əsası ilə icraatdan imtina edib və mülki məhkəməni nişan verib. Hazırda iş Ali Məhkəmənin icraatındadır, görək  ali instansiya DQBİ-dən şəxsin anket məlumatlarını əldə edə biləcək?

Nəsimi məhkəməsi ( Solmaz Mustafayeva , Babək Pənahov) hüquqverici sənəd olmadan DİN-in “vəkili və nümayəndəsi” qismində məhkəmə təminatı hüququna qeyri-prosessual qadağa qoyduran VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilov və aparat rəhbəri Orxan Babayevə qarşı şikayətin icraata qəbulundan, xüsusi ittihamçının videokonfrans əlaqə sistemi vasitəsilə iştirakını təmin etmədən, imtina edib. VK-nın vəzifəli şəxsləri dövlət orqanına, istintaq-ittiham orqanına hansı qanunla, hansı büdcə hesabına hüquqi yardım -əlil vətəndaşın məhkəmə təminatı hüququna qadağa yardımı göstərib? DİN MPİ də deyir ki, vəkil Əlirza Həbilov “həyatını DİN-in 1-ci dərəcəli Qarabağ savaşı əlilinə qarşı məhkəmə savaşına həsr edib”(??)

Binəqədi məhkəməsində cavabdehin rəsmi qeydiyyatda olduğu hüquqi ünvanı (Bakı, Binəqədi r-nu, Rövşən Hüseynov, 4) üzrə DQBİ-yə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi ilə qaldırılan iddianı hakim Elnarə Vəliyeva geri qaytarıb. “Əsas” da məhkəmə aidiyyəti olub ki, maddi ziyan olaraq əmlak tələbi qoyulduğundan mübahisəyə mülki məhkəmə qaydasında baxıla bilməz, Şərəf və ləyaqətin müdafiəsi tələbli iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu, mənəvi ziyan əvəzi kimi maddi əmlak tələbini Ali Məhkəmənin Plenumu, Mülki Məcəllənin 1191-ci maddəsi təsbit etsə də, Bakı Apellyasiya Məhkəməsi də aşağı instansiyanın saxtalığını qüvvədə saxlayıb. 1-ci dərəcəli Qarabağ əlili “nöqsanı” düzəldərək əmlak tələbini pulla əvəzləyib, yenidən Binəqədi məhkəməsinə müraciət edib. İş yenə Elnarə Vəliyevaya verilib və hakim bu yol ərazi aidiyyəti “əsasında” ərizəni geri qaytarıb. Guya DQBİ DİN-in struktur qurumu olduğundan ona qarşı iddiaya DİN-in olduğu yer üzrə Səbail məhkəməsində baxılmalıdır. (?)

Əcəb hüquqdur, bu boyda inzibati, hərbi , qurum özünün 1-ci dərəcəli Qarabağ əlilindən məhkəmə yolu ilə 30 milyon “şərəfhaqqı” tələb edir, Qarabağ əlili bunun 1 faizini- 300 min manat tələb edəndə gah məhkəmə aidiyyəti, gah ərazi aidiyyəti pozulur. Hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin qazi-əlillərə aidiyyəti yoxdur? Yoxsa vətəndaşlara yalnız ayrı-seçkilik aiddir? Ritorik sual deyil, Məhkəmə Hüquq Şurası cavab verməyə borcludur.

Məğrur Bədəlsoy



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi prokurorluq rüşvəti Konstitusiyadan üstün tutur

    Hərbi prokurorluq rüşvəti Konstitusiyadan üstün ...

    22-12-2022, 17:00

  • 
  • Hərbi prokurorluq rüşvəti Konstitusiyadan üstün tutur

    Hərbi prokurorluq rüşvəti Konstitusiyadan üstün ...

    22-12-2022, 17:01

  • 
  • Hərbi prokurorluq rüşvəti Konstitusiyadan üstün tutur

    Hərbi prokurorluq rüşvəti Konstitusiyadan üstün ...

    22-12-2022, 16:58

  • 
  • Bakı İnzibati Məhkəməsi növbəti dəfə “Şəki dövləti”nin qərardadını Konstitusiyadan üstün tutdu

    Bakı İnzibati Məhkəməsi növbəti dəfə “Şəki ...

    14-12-2022, 15:07

  • 
  • Prezidentə şikayət etdiyinə görə qazidən 30 milyon tələb edilib

    Prezidentə şikayət etdiyinə görə qazidən 30 ...

    21-09-2021, 15:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu