GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Norveç Helsinki Komitəsi 8 mart ərəfəsində qadın jurnalistlərin azad edilməsinə çağırır

Norveç Helsinki Komitəsi 8 mart ərəfəsində qadın jurnalistlərin azad edilməsinə çağırır

Tarix: 20-02-2025, 15:56 Bölmə :Cəmiyyət Baxış: 98

Norveç Helsinki Komitəsi (NHC) Azərbaycanda həbs edilmiş səkkiz qadın jurnalistin 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar əsaslarla şərti azadlığa buraxılmasına çağırıb.

Komitə fevralın 18-də yaydığı çağırışda qeyd edir ki, hökumət qadın jurnalistlərə saxta ittihamları tamamilə ləğv etməkdən imtina etsə də, uzunmüddətli həbsin təkcə həddindən artıq deyil, həm də “qeyri-insani və vicdansız dərəcədə qəddar” olduğunu qəbul etməlidir.
“Görünür, Azərbaycan hökuməti heç bir tənqidə və etiraza yer olmadığı və yeganə mümkün cavabın həbs və ya təqib olduğu paralel reallıqda yaşamaq üçün şüurlu qərar verib”, NHC qeyd edib və ölkədəki son insan haqları böhranının “ön cəbhəsində dayanan” qadın jurnalistlərin ağır bədəl ödədiyini əlavə edib.
2023-cü ilin sonlarından başlayaraq “Abzas Media”, “Toplum TV” və “Meydan TV” əməkdaşlarına qarşı təzyiqləri vurğulayan Komitə həbs edilən qadın jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Aynur Elgünəş, Aytac Əhmədova, Aysel Umudova, Xəyalə Ağayeva və Şahnaz Bəylərqızının işlərinə diqqət çəkib.

Bəyanatda onların bəzilərinin səhhətində ağır problemlərin və ya himayələrində azyaşlı uşaqların olduğu, qeyri-adekvat tibbi xidmət və təhlükəli həbsxana şəraitinin onların həyatlarını və himayələrində olan şəxslərin rifahını riskə atdığı vurğulanır.

NHC qeyd edir ki, məhkəməyəqədər həbs son tədbir olmalıdır, ancaq Azərbaycan hakimiyyəti bu qadınların həbsdə saxlanması ilə bağlı heç bir etibarlı əsas təqdim etməyib.

“Azərbaycan məhkəmələri siyasi motivli işlərdə həbsdən alternativ cəza tədbirlərinə nadir hallarda əl atır. Halbuki, bu səkkiz jurnalist cəmiyyət üçün heç bir təhlükə yaratmır və ev dustaqlığı kimi alternativ tədbirlər tətbiq oluna bilər”, bəyanatda bildirilir.

Bundan əlavə, təşkilat azərbaycanlı rəsmilərin qadına verilən dəyərlə bağlı çıxışları xatırladaraq, qadın jurnalistin həbslərinin bu narrativlə ziddiyət təşkil etdiyini qeyd edib.

“Qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə 8 tənqidçi qadının cəzalandırılmasının ironiyası sözlə əməl arasında ziddiyyət təşkil edir”, bəyanatda deyilir.

Təşkilat sonda qeyd edib ki, qadın jurnalistlərin azadlığa buraxılması yalnız humanitar addım deyil, həm də cəmiyyətdə siyasi gərginliyi azaltmağa xidmət edəcək konstruktiv qərar ola bilər.
“Beynəlxalq Qadınlar Gününün mahiyyətinə uyğun olaraq, Azərbaycan hökuməti ədaləti təmin etməli və bu jurnalistlərin azad edilməsinə nail olmalıdır” Norveç Helsinki Komitəsi bildirib.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 350-dən artıq siyasi məhbus var.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Helsinki Komissiyasından Xədicə bəyanatı

    Helsinki Komissiyasından Xədicə bəyanatı ...

    26-05-2016, 16:50

  • 
  • Kişi və qadın əsgərlər eyni otaqda yatır, eyni hamamda... - Norveç ordusundan FOTOLAR

    Kişi və qadın əsgərlər eyni otaqda yatır, eyni ...

    9-03-2017, 20:42

  • 
  • İranda nümayişlər zamanı başlarını açan 29 qadın həbs edilib

    İranda nümayişlər zamanı başlarını açan 29 qadın ...

    2-02-2018, 11:31

  • 
  • Helsinki Komissiyası: Azərbaycan iqtidarı qeyri-demokratik seçki keçirib

    Helsinki Komissiyası: Azərbaycan iqtidarı ...

    11-10-2013, 12:40

  • 
  • RATİ: Jurnalistlərin təhlükəsiz işləməsinə zəmanət verilməsini tələb edirik

    RATİ: Jurnalistlərin təhlükəsiz işləməsinə ...

    9-03-2019, 15:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu