GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbsdə olan qadın jurnalistlər üçün poster qaldıran fəal həbs olunub

Həbsdə olan qadın jurnalistlər üçün poster qaldıran fəal həbs olunub

Tarix: 12-03-2025, 15:35 Bölmə :Cəmiyyət Baxış: 124

Azərbaycanda həbsdə olan qadın jurnalistlərə dəstək məqsədilə poster qaldıran ictimai fəal Rauf Heydərov 1 aylıq inzibati həbs olunub.

Bu barədə feminist fəal Sənubər Heydərova Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, Heydərovla martın 10-dan əlaqə kəsilib və yaxınları saxlanılmasından şübhələnib.

Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə bildirdiyinə görə, fəal İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirləndirilib.

Rauf Heydərov daha öncə martın 8-də Facebook səhifəsində mülki geyimli şəxslər tərəfindən izlənildiyini xəbər verib, daha sonra yaxınları onun saxlanıldığını bildirib. Fəal həmin gün axşam saatlarında sərbəst buraxılıb.

Bir gün sonra isə o, paytaxtın mərkəzində Cəfər Cabbarlı heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının yer aldığı, onların azad olunmasına çağıran posterlə şəkil çəkdirib və sosial mediada paylaşıb. “Hökümət üçün qorxulu saatlar.. Sadəcə varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun”, o, paylaşımında qeyd edib.

Martın 8-i Beynəlxalq Qadınlar Günündə Azərbaycanda həbsdə olan 8 qadın jurnalistə ölkə xaricində yaşayan feminist fəallar tərəfindən dəstək ifadə olunub. Onlar ölkədə yaşayan şəxslərdən sözügedən posteri çap edərək və ya kompüter ekranına yerləşdirərək foto çəkdirib, #8Women8March heşteqi ilə sosial mediada yaymağa çağırış ediblər. Ölkə xaricində olanlara isə yaşadıqları şəhərdə 8 mart yürüşünə posterlə çıxaraq azərbaycanlı qadın jurnalistlərə dəstək olmaq təklif olunub.

Martın 8-i Azərbaycanda və xaricdə yaşayan onlarla fəal və jurnalist bu şəkildə həbsdə olan jurnalistlərə dəstək ifadə edib.

Azərbaycanda müstəqil jurnalistlərə qarşı son illərdə aparılan həbs dalğasında 9 qadın həbs olunub, onlardan biri ev dustaqlığına buraxılıb.

2023-cü ilin noyabrın 21-ə keçən gecə xaricdən Azərbaycana qayıdanda hava limanında “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı qaçaqmalçılıq maddəsilə həbs olunub. Sonradan həmin iş üzrə “Abzas Media” jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova da həbs olunublar.

2024-cü ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva və Aysel Umudova barəsində qaçaqmalçılıq maddəsilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu ilin martın 1-i isə jurnalist Fatimə Mövlamlı barəsində eyni iş üzrə 1 ay 9 günlük həbs qətimkan tədbiri seçilib./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP fəalı həbs edildi - SOSİAL ŞƏBƏKƏDƏKİ FƏALİYYƏTİNƏ GÖRƏ

    AXCP fəalı həbs edildi - SOSİAL ŞƏBƏKƏDƏKİ ...

    7-09-2017, 15:57

  • 
  • Vəkil Bayram Məmmədovla görüşə buraxılmayıb

    Vəkil Bayram Məmmədovla görüşə buraxılmayıb ...

    1-04-2019, 18:10

  • 
  • REAL Partiyasının dörd fəalı həbsə məhkum edilib

    REAL Partiyasının dörd fəalı həbsə məhkum edilib ...

    30-05-2018, 21:14

  • 
  • Qiyas İbrahimov məhkəməyədək sərbəst buraxılıb

    Qiyas İbrahimov məhkəməyədək sərbəst buraxılıb ...

    10-06-2020, 15:40

  • 
  • Vəkil: İctimai fəalın həbs müddəti bitsə də azadlığa buraxılmır

    Vəkil: İctimai fəalın həbs müddəti bitsə də ...

    21-09-2019, 14:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu