GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabirabadda dəhşətli hadisə: Gecə atasını öldürdü, psixiatriya xəstəxanasına göndərildi

Sabirabadda dəhşətli hadisə: Gecə atasını öldürdü, psixiatriya xəstəxanasına göndərildi

Tarix: 29-04-2025, 21:45 Bölmə :Cəmiyyət Baxış: 97

Sabirabad rayonunda 1983-cü il təvəllüdlü Xəyyam Səmədov 1953-cü il təvəllüdlü atası Mirtahir Səmədovu qətlə yetirib.

Xəyyam "şizofreniya paranoid" ruhi-əsəb xəstəliyindən və narkomaniyadan əziyyət çəkirmiş. Eyni zamanda, müntəzəm narkotik qəbul etdiyindən atası Mirtahir Səmədovla tez-tez münaqişə edirmiş.

Sonuncu dəfə ötən il fevralın 23-də gecə saat 1-2 radələrində evdə spirtli içki içərkən yenidən atası ilə aralarında mübahisə baş verib. Əlinə götürdüyü şüşə butulka ilə, eləcə də yumruq və təpiklə atasının baş, qarın və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Mirtahir aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi xəstəxanasında ölüb.

Hadisəni törədən Xəyyamın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Xəyyam ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

O ifadəsində göstərib ki, hadisə günü Bakı şəhərində olub: "Bakıdan gəldikdən sonra həyətə daxil olanda atamın yıxıldığını dedilər. Bir gün sonra o, dünyasını dəyişdi. Atamın üzündə hadisədən 2-3 gün əvvəl solğunluq vardı. Hadisə günü Bakı şəhərində olduğumu sübut edən dəlillər var. Mən atamı öldürməmişəm, psixoloji problemlərim yoxdur, özümü yaxşı hiss edirəm. Mən NATO-nun Azərbaycanda hərbi baza yaratmasının qarşısını almaq üçün Bakı şəhərinə getmişəm. Tədbirə gedən adamlardan biri olduğum üçün məni şərləyiblər".

Təqsirləndirilən şəxs deyib ki, Bakı şəhərinə Xalid adlı dostunun yanına gedibmiş: "Bakıda bir gecə qalıb qayıtdım. Mən atamı, atam da məni çox istəyib. Mən Bakı şəhərinə gedəndə atam sağıydı. Bakıda otelə getmişdim, otelin sahibi olmadığından divanda uzandım. Evdəki viskini mən içmişəm. Mən viskini içəndə atam sağ idi. Biz eyni evdə, ayrı otaqlarda yaşayırdıq".

Məhkəmədə Xəyyam Səmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, ifadəsində göstərib ki, 2024-cü il fevralın 22-dən 23-ə keçən gecə, saat 00:00-da banklardan birinin Sabirabad rayon filialının yanında yerləşən bankomatdan 168 manat pensiya pulunu çıxarıb: "Poçtla üzbəüz 24 saat işləyən mağazadan qutuda viski, çörək, kolbasa, şor və mayonez aldım. "VAZ 2107" markalı taksi ilə atam Mirtahir Səmədovla birgə yaşadığım evə gəldim. Lakin atamı evdə görmədim. Təxminən beş dəqiqə sonra atam haradansa evə gəldi. Ona mənimlə birgə yeyib-içməyi təklif etdim. Lakin atam nədənsə əsəbi göründü, mənimlə birgə yeməkdən imtina etdi. Mən isə qonaq otağında tək yemək yedim, viski içdim. Atam bilmədiyim səbəbdən qonaq otağında kresloda əsəbi halda oturmuşdu. Mən yemək yeyib, iki-üç qədəh viski içdikdən sonra öz evimə, yəni Seyidağanın evinin birinci mərtəbəsində yerləşən otağıma getdim. Viskini də özümlə apardım və yatdım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, səhər saat 8 radələrində Bakı-Sabirabad marşrutu ilə işləyən taksilərin biri ilə Bakı şəhərinə gedib, bir gün orada qaldıqdan sonra Sabirabad rayonuna qayıdıb: "Həmin gecə atamla aramızda heç bir münaqişə olmayıb. Atam xəstəlikdən ölüb, həmin gün əynində ağ rəngli "balonka" gödəkçə olub, bədənində olan xəsarətlərin hansı şəraitdə əmələ gəldiyini bilmirəm".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda Bakı şəhərinə getməyini "NATO təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almağa çalışması ilə" izah edərək qeyri-adekvat ifadə verib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Xəyyam Səmədov cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb./Teleqraf



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Atasının başına butulka vurub öldürdü - Məhkəməsi başlayır

    Atasının başına butulka vurub öldürdü - Məhkəməsi ...

    27-06-2024, 22:17

  • 
  • Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

    Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc ...

    23-06-2017, 13:12

  • 
  • Atasına 8 bıçaq zərbəsi vuran oğul məhkəmə zalından azadlığa buraxıldı

    Atasına 8 bıçaq zərbəsi vuran oğul məhkəmə ...

    7-04-2016, 11:33

  • 
  • Bakıda çay evində QƏTL - Başına çaydanla vurub öldürdü

    Bakıda çay evində QƏTL - Başına çaydanla vurub ...

    18-10-2019, 10:32

  • 
  • Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü

    Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü ...

    7-04-2016, 11:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu