Bu gün "Vəhdət" Partiyasının növbədənkənar VI qurultayı keçirilib. Qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra, partiyanın sabiq sədri Tahir Kərimli qurultayı açıq elan edib. Öz işinə başlayan qurultayda öncə Azərbaycanın xalq hərəkatı və müstəqilliyi dövrünə həsr olunan 12 dəqiqəlik film tədbir iştirakçılarına təqdim olunub.
Təşkilat Komitəsinin sədri Tahir Kərimli gündəlikdə duran məsələlərlə bağlı çıxış etdikdən sonra, partiyanın Nizamnaməsinə edilən dəyişikliklərin qurultayın səlahiyyətli nümayəndələri tərəfindən səsə qoyulması təklif edilib. Səs çoxluğu qazanan partiya Nizamnaməsinin bir-neçə bəndindəki dəyişikliklər qəbul olunub.
Bundan sonra partiya sədrliyinə Adəm İsmayıl Bakuvinin namizədliyi irəli sürülüb. Partiya nümayəndələri onun haqqında xoş fikirlər səsləndirdikdən sonra, onun səsə qoyulan namizədliyi yekdilliklə qəbul olunub. Siyasətdə söz sahibi olan
savadlı, intellektual, vəhdət tərəfdarı bir insan, həm də ağır ocağın nümayəndəsi olan Adəm Bakuvi haqqında xoş sözlər səsləndirilib.
Qurultaya qonaq qismində təşrif buyurmuş partiya sədrləri, deputatlar, hərbçilər, hüquq müdafiəçiləri və digərləri də, təbriklərini çatdırmaq üçün tribunadan öz fikirlərini söyləyiblər.
Davam edən qurultayda partiya üzvlərinin qarşısında duran vəzifələr müzakirə olunacaq, qərarlar qəbul olunacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?