GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Mustafanın fəlsəfi metamorfizmi !!!

Fazil Mustafanın fəlsəfi metamorfizmi !!!

Tarix: Bu gün, 14:01 Bölmə :Cəmiyyət Baxış: 32


Bəzən bir kitab zamanın özünü, xalqın şüur qatlarını və insanın tarix qarşısındakı metafizik məsuliyyətini dindirir.


Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” adlı əsəri məhz belə bir çağırışdır lakonik deyil, sarsıdıcıdır, təqdim deyil məhz mühakimədir, təqdimat deyil dərin dialektik qarşılaşmadır. Bu kitab Azərbaycanın keçmişinə baxmır onun ruhunu sorğulayır. Burada tarixi hadisələr yox tarixi şüur ciddi analiz olunur. Burada simvollar deyil simvolların semantikası təhlil olunur. Azərbaycan xalqının epistemoloji əsarətindən mif, xurafat, tarixi idealizasiya və etno-siyasi uyuşqanlıqdan çıxış yollarını təqdim edən fəlsəfi manifestdir. Zamanın dərinliklərindən gələcəyə bir düşüncə körpüsüdür. Bir düşüncə körpüsü qaranlıqdan aydınlığa milli şüurun metafizik çağırışıdır.

KECMİ.jpeg (124 KB)

Yazar Fəlsəfəyə çevrilmiş insan obrazin  yaratmağa cəhd edib. Fazil bəyin bu kitabla məhz şəxsiyyəti artıq siyasi yox epistemoloji varlıq səviyyəsinə keçid etməyini seyr etmək olar. Dövlətlə cəmiyyət arasında vasitəçi olan siyasətçi rolunu davam etməklə, cəmiyyətin öz daxilindəki “özünü tanımayan ruhuna” müraciət edən introspektiv düşüncə adamına çevrilir. Bu kitabda sadəcə müəllif deyil kollektiv düşüncənin içindən doğan şüurun əsil yeni metaforudur. Burada oxucuya hökmlər vermir “bilmək və inam”, “tarix və yaddaş”, “xalq və elit”, “din və əxlaq”, “aydın və kollektiv düşüncə” münasibətlərini ontoloji böhranlar kimi dəqiq təhlil edir. Onun sualları cavab üçün yox düşüncə üçün verilir. Bu isə artıq siyasi deyil eksistensial fəlsəfənin predmetidir.Tarixi deyil zamanın ruhunu oxumaq sistemin yaradir .Bu əsərdə Azərbaycan tarixi sadəcə keçmiş hadisələr silsiləsi kimi yox, psixokollektiv enerji daşıyıcısı kimi qiymətləndirir. Tarix burada nə xronologiyadır, nə də coşqu xalqın yaddaşla zaman arasındakı mənəvi dialoqudur. Yazar bu dialoqu unudulmuşla xatırlanan, müqəddəsləşdirilənlə gerçək arasında gedən daxili çarpışmanı tam açır.

İslamın təsirinə, Səfəvilərə, sovet travmasına və postkolonial düşüncəyə yönələn baxış tənqid deyil semiotik de-konstruksiyadır. Tarixə tətbiq olunan bu de-konstruktiv yanaşma, Azərbaycan xalqının uzun illər boyunca qorxduğu sualları nəhayət ortaya çıxarır. Biz Kimik? Tarix bizə yoxsa biz tarixə malikik? Milli yaddaş inancdırmı, yoxsa bilik? Bu suallar Azərbaycan fəlsəfi fikrinin ən ağrılı yerini epistemoloji tabu mərkəzini sarsıdır. Dinə yanaşma teoloji yox, hermenevtik.Fazil Mustafa İslamı tənqid etmir, dini anlamın siyasi və mədəni sahədəki semiotik mutasiyasını təhlil edir. Dinin kollektiv əxlaqdan itaət maşınına çevrilməsini tənqid etməsi onun dini yox, teoloji avtoritarizmi rədd etdiyini göstərir.

Mötəzili irsinə qayıdaraq ağlın və imanın harmoniyasını təklif edir, bu isə nə müasir sekulyarizm, nə də ortodoksal dindarlıqdır. Bu islamın intellektual-bəşəri modelə çevrilməsi üçün bir alternativdir. Bu formada yanaşma gələcəkdə din fəlsəfəsi sahəsində Azərbaycanda yeni “Mütəfəkkir İslam” dalğası yarada bilər.

Azərbaycan aydını kimdir? Metafizik məsuliyyətin daşıyıcısı kim ola bilər.

Bu kitabda Fazil Mustafa Azərbaycan aydınının arxetipini yaradır. Onun aydını sadəcə məlumat yayan yox, kollektiv şüurun dərin qatlarına enən bir simvolik şüur cərrahıdır. Bu aydın modelləşdirmir oyanış yaradır. Bu aydın xalqdan uzaqlaşıb onu izləmək istəmir xalqın içində ona “görməyi” öyrədir.Bu isə Hegelin dediyi “zamanın ruhunu anlamış insan” tipinə daha yaxındır. Bu kitab Azərbaycan aydınının gələcək modeli üçün metafizik etalon yaradır. Bu kitab fəlsəfi institutlara və akademik sistemə təsir edə biləcək düşüncə ilə qələmə alınmışdır. Əsər təkcə oxucunu deyil akademik düşüncəni də sarsıtır. Onun ritorikası klassik akademik dil deyil bu interdisiplinar fəlsəfi üslubdur. Tarix fəlsəfəsi, din fəlsəfəsi, siyasi nəzəriyyə, postkolonializm və epistemologiya bu kitabda qarşılaşır. Bu kitabı ali məktəblərdə, ictimai sektorda, milli ideologiya və tarix fəlsəfəsi, postkolonial Azərbaycan düşüncəsi, dini və ideoloji Hermenevtika kimi dərslərdə, elmi mühazirələrdə, konflanslarda tədbiq və tədris etmək mümkündür. Kitab yalnız bir mütaliə yox, fikir infrastrukturunun yeni dünyəvi transformasiyasıdır. Gələcək üçün yeni ideoloji bünövrə yaradır. Fazil Mustafanın təqdim etdiyi model gələcəkdə dövlətçilik ideologiyasının fəlsəfi əsaslarının qurulması, tarixi simvolların yenidən kodlanması, dini-mədəni harmoniyanın intellektual şəkildə formalaşdırılması, aydın institutlarının yenidən təşkili kimi fundamental işlər üçün konseptual platforma ola bilər, işlək model kimi real görsənir. Bu model özündə milli sekulyarizmi xalqın tarixi və mədəni köklərinə sadiq qalaraq, düşüncə azadlığına əsaslanan bir mədəni modeli ehtiva edir.

“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” sadəcə bir kitab deyil bir mənəvi-ideoloji transformasiyanın metnoloji qavranışıdır. Fazil Mustafa bu əsərlə zamanın içində donmuş milli şüuru oyatmağa cəhd edir.

Onun verdiyi suallar oxucunu qorxudur çünki onlar bizi özümüzlə qarşılaşdırır. Amma elə bu qorxu, məhz elə bu silkələnmə, həqiqi milli təfəkkürün akademik başlanğıcı demək olar. Sözün klassik mənasında Azərbaycanın yeni fəlsəfi tarixinin ilk cümləsidir. Davamlı olsun Fazil Mustafa !!!

P.S: Bu yazı yalnız bir kitabı dəyərləndirmək niyyətindən doğmadı. Bir ruh halının oxuduqca silkələnən, düşündükcə yenidən doğulan mənəvi təlatümün nəticəsidir. Kitabı müəllifi şəxsən siyasi partiyaların Ağdama birgə səfəri zamanı mənə təqdim etdi səssiz, sadə amma dərin bir etimadla. Bu kitabı mən yaxın günlərdə Avropada rəsmi səfərdə olarkən özümlə götürmüşdüm təyyarədə, oteldə, sessiz gecələrdə sanki ruhuma yoldaşlıq edirdi. Onu üç gün ərzində ardıcıl və nəfəs kəsən bir şəkildə oxudum çünki bu artıq sadəcə kitab deyildi mənim öz daxilimlə, tariximlə, kimliyimlə danışan bir düşüncə idi. Üç gündən sonra bu yazını yazmaq bir qərar yox bir zərurət kimi doğuldu, sanki bu sözlər qəlbimdə çoxdan vardı, sadəcə bu kitab onları oyatdı.

ADƏM İSMAYIL BAKUVİ

VƏHDƏT PARTİYASININ SƏDRİ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Mustafa: Bahalığın sıxıntısını xalq çəkir

    Fazil Mustafa: Bahalığın sıxıntısını xalq çəkir ...

    29-08-2018, 13:31

  • 
  • Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz...

    Fazil Mustafanın açıqlamaları erməni mətbuatında ...

    7-08-2019, 13:41

  • 
  • Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ

    Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - ...

    7-07-2025, 18:14

  • 
  • “Akademik Rzayev və Vaqif Hacıbəyli Fazil Mustafa kimi danışdı”

    “Akademik Rzayev və Vaqif Hacıbəyli Fazil Mustafa ...

    23-02-2017, 20:21

  • 
  • “Fazil Mustafa, Milli Məclis “selfie” yeri deyil” - Ziyafət Əsgərov

    “Fazil Mustafa, Milli Məclis “selfie” yeri deyil” ...

    22-10-2019, 14:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (504)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu