GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq icra başçının oğluna 2 milyonluq əmlak “atıblar” - Müttəhim “özü yaxşı bilir pulu kimdədir” dedi

Sabiq icra başçının oğluna 2 milyonluq əmlak “atıblar” - Müttəhim “özü yaxşı bilir pulu kimdədir” dedi

Tarix: 31-07-2025, 23:37 Bölmə :Cəmiyyət Baxış: 65

bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, müttəhimlər dələduzluqda ittiham olunurlar. İş üzrə zərərçəkən icra başçısı işləmiş Lütvəli Babayevin oğlu Babəli Babazadədir.


Gundemxeber.az musavat.com-a istinadla xəbər verir ki, iyulun 31-də prosesdə zərərçəkmiş Babəli Babazadə tərəflərin suallarını cavablandırıb. O bildirib ki, Türkiyədən qayıtdıqdan sonra Ehtiram Kərimovu tapa bilməyib. Ehtiram Kərimovun vəkili bu fikri inkar edib, deyib ki, zərərçəkmiş Türkiyədən gələndən sonra müvəkkili ilə görüşüb. Babəli Babazadə qeyd edib ki, həmin görüşləri zamanı dələduzluqla üzləşdiyini başa düşməyib: "Sonradan polisə şikayət etdim. Onlarla çörək kəsmişdim. Ona görə iş uzandı. Mənə 30 min manat pul lazım idi. Sənəd verdim, pulu götürdüm. Evimin dəyəri 600 min manat idi. Pulu düzəltdim, bir həftə sonra pulu vermək istədim. Amma mənə xəbər vermədilər. Gəlib pulu da götürmədim. Binanın komendantı zəng etdi, dedi ki, ev əldən çıxıb. Mən inanmadım. Amma gedəndən sonra gördüm ki, ev əldən gedib".


Zərərçəkmiş qeyd edib ki, Ehtiram Kərimovdan əvvəl Aruz Əliyevi tanıyıb: "Aruza zəng etdim ki, birdən Ehtiram sənədi alar. Mən ona inanırdım, çünki birinci Aruzu tanımışam. Aruzun mənə nə qədər ziyan vurduğunu bilmirəm. Ondan soruşurdum ki, pulum kimdədir, deyirdi ki, Ehtiramdadır. Biri o birində olduğunu deyirdi. Mənə 2 milyon manatdan çox ziyan dəyib. Sənədlərim əvvəlcə Aruzda idi. Sonra ondan sənədi özüm üçün götürdüm. 30 min manat pulu almaq üçün Ehtirama verdim. İki dəqiqə sonra Aruz zəng etdi ki, sənədi Ehtirama vermişəm, sənəd ondadır. Çünki sənəd Aruzun adına idi, sərəncam vermək hüquqi onda idi. Aruz mənim Nərimanov rayonunda olan obyektimi satıb. Amma başqa əmlakları satmayıb. Mən ümumiyyətlə belə bir söz deməmişəm. Yalnız 2 milyon manatdan söhbət gedir".


Zərərçəkmiş bildirib ki, Türkiyədə olanda Ehtiram Kərimov ona ölkəyə giriş-çıxışına stop qoyulduğunu deyib: "Buna görə də Azərbaycana gələ bilməmişəm, əmlaklarımı öz adıma keçirə bilməmişəm. Sonradan Gürcüstan vasitəsilə ilə Azərbaycana gəldim, Ehtiramla görüşdüm. Dedi, evin sənədləri məndədir. Bunu deyəndə yanımızda şahidlər də olub".


Müttəhim Ehtiram Kərimov isə deyib ki, Babəli Babazadə pulunu başqasına yedirdib, indi də ondan tələb edir: "İranılya pul verib. Özü bilir, həmin iranlı kimdir. Babəli yaxşı bilir ki, pulu kimdədir".


Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı izahat və ifadələrinin ziddiyyətli hissələri elan olunub. O, izahatında göstərib ki, ona 1 milyon 700 manat ziyan dəyib. Zərərçəkmiş Babəli Babazadə məhkəmədə bildirib ki, izahat verdikdən sonra dəqiq məbləği müəyyən edə bilib. Babəli Babazadə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Aruz Əliyevi sürücüsü vasitəsi ilə tanıyıb: "Ehtiram Kərimovu Aruz vasitəsi ilə tanmışam. 7-ci mikrorayonda olan torpaq sahəsi vardı. Həmin yerdə bina tikidrmək istədim. Katlavan qazdırsam da, binanı tikdirə bilmədim. Sonradan evimə vergi borcum olması ilə bağlı məktub gəldi. Mən bunu Ehtiramla Aruza dedim. Ehtiram vergidə tanışı olduğunu, bu məsələni həll edəcəyini dedi. Aruz mənə məsləhət gördü ki, sən ölkədən get, sənin 1 milyon manat vergi borcunu bağlayacağıq. Məni Türkiyəyə yola salanda dedim ki, əmlakımı satın, vergiyə olan borcumi bağlasınlar. Sonradan başa düşdüm ki, məni Türkiyəyə yola salıb, əmlakımı ələ keçirmək istəyirlər. Binəqədi rayonunda olan əmlakımı 1 milyon 500 min manata satıblar, mənə heç nə verməyiblər. Aruz pulumu qaytacağını desə də, mənə heç bir vəsait qaytarmadılar".


Zərərçəkmiş Aruz Əliyevə inanması belə izah edib: "Aruz bizim ailəvi həkimimiz olub. Buna görə ona inanmışam. Mənə dəymiş ziyan ödənilməyib. 2 milyon manat ziyan var, onun ödənilməsini istəyirəm. Razılığa gəlmək üçün qarşı tərəfdən heç kəs söhbətə gəlmir. Gəlsələr, bir nəticə hasil olar".


Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.


Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.


Aruz Əliyev özü həkim-cərrahdır. O bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.


İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.


Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.


Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.


İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.


Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib. Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib. Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib. Qeyd edək ki, 2 il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib. Proses avqustun 28-də davam etdiriləcək.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis rəisinin arvadına dələduzluq ittihamı

    Polis rəisinin arvadına dələduzluq ittihamı ...

    29-09-2016, 16:33

  • 
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21

  • 
  • “AĞSAQQALIM DEDİ Kİ, PULU GÖTÜRSƏN…” - Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə

    “AĞSAQQALIM DEDİ Kİ, PULU GÖTÜRSƏN…” - Ziya ...

    26-01-2018, 14:58

  • 
  • Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə təhrikə görə

    Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə ...

    20-07-2019, 10:33

  • 
  • Gülər Əhmədovanın vəkili hakim qarşısında - dələduzluq işi

    Gülər Əhmədovanın vəkili hakim qarşısında - ...

    29-01-2018, 13:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu