Kanala düşən 16 yaşlı yeniyetmədən 36 gündür xəbər yoxdur.
Hadsə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.
Nağızadə Nihat kanalın yanında oturan zaman ehtiyatsızlıqdan suya düşüb. Həmin anlar yaxınlıqda olan obyektin kamerasına düşüb. Valideynlər dərhal aidiyyəti qurumlara məlumat veriblər. Lakin uşaq hələ də tapılmır.
Uşağın tapılması üçün kanalın suyu birgünlük dayandırılıb. Amma texniki səbəbdən axtarışları aparmaq mümkün olmayıb.
Çarəsiz qalan ailə indi həmin kanalın suyunun yenidən dayandırılmasını və axtarışların aparılmasını istəyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?