GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

Tarix: 12-09-2025, 23:49 Bölmə :Cəmiyyət Baxış: 365


Azərbaycan Respublikası Milli Arxiv İdarəsi  “Dövlət Arxivinin filiallarında aparılacaq əsaslı və cari təmir işlərinin” satın alınması üzrə 14.07.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 779.849,51 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 04.09.2025-ci ildə dərc edilib.

Müsabiqənin şərtlərinə görə “VEST-LTD” QSC ilin sonunadək Dövlət Arxivinin Sumqayıt və Gəncə filiallarında cari təmir işləri aparacaq.

Məlumat üçün bildirmək istərdik ki, Milli Arxiv İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 01.04.2025-ci ildə Sumqayıt filialının arxiv binası üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 326,94 manat məbləğində icarə müqaviləsi bağlayıb. Bu müqavilənin başlanma tarixi 14.03.2025-ci il, bitmə tarixi 14.03.2028-ci ilə müəyyən edilib. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi Milli Arxiv İdarəsi Sumqayıt filialının arxiv binası üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə üç illik icarə müqaviləsi bağlayıb və buna cəmi 326,94 manat ödəyib. Amma təmirinə yüz minlərlə dövlət vəsaiti xərcləyir.



Bundan əlavə Milli Arxiv İdarəsi 23.02.2023-cü ildə ”Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı “Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması üzrə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.242.698,69 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu müqavilənin başlanma tarixi 21.02.2023-cü il, bitmə tarixi 21.02.2026-cı ilə müəyyən edilmişdir.

Göründüyü kimi Milli Arxiv İdarəsi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işlərinə 2023-cü ilin fevralında doqquz milyon manatdan çox vəsait ayırmışdır və 2026-cı ilin sonuna qədər arxiv filialının yeni binasının tikintisi başa çatdırılmalı idi. Amma Milli Arxiv İdarəsi  01.04.2025-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti ilə Sumqayıt filialının arxiv binası üçün üç illik icarə müqaviləsi bağlayıb. Bəs Sumqayıt filialının tikintisinə 2023-cü ildə ayrılmış doqquz milyon manat necə olub?

Qeyd edək ki, Milli Arxiv İdarəsi 05.12.2024-cü ildə də “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arixvlərinin binasında aparılacaq əsaslı təmir işlərinin satın alınması üzrə 671.902,74 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Bundan əlavə Milli Arxiv İdarəsi 11.12.2023-cü ildə Dövlət Arxvlərinin inzibati binasında (Bakı şəhəri, Həsən Bəy Zərdabi küçəsi, 593 ünvanında yerləşən) aparılacaq cari təmir işlərinin satın alınması üzrə “FASTTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 256.835,6 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Milli Arxiv İdarəsi 17.07.2021-ci ildə isə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 3 və Həsən bəy Zərdabi küçəsi, 593 ünvanında yerləşən arxiv binalarının “Cari təmir işlərinin satın alınması” üzrə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 164.982,67  manat məbləğində satınalma müqaviləsi bağlamışdır.


Göründüyü kimi Milli Arxiv İdarəsi son dörd ildə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bir neçə satınalma müqaviləsi bağlamışdır.


Rəsmi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir. QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Amma qeyri rəsmi məlumatlara görə QSC məşhur iş adamı Ramazan Mirzəyevə məxsusdur. MMC-yə 2016-cı ilə qədər Ramazan Mirzəyevin qardaşı İbrahim Mirzəyev rəhbərlik edib. Mediada yer alan məlumatlara görə beş qardaş – Ramazan, Hüseyn, Əli, İbrahim və Qərib bir vaxtlar möhkəm ailə klanı təşkil edirdilər. Ailə biznesinin əsasını bir çox illər bundan əvvəl böyük və daha təcrübəli qardaş olan Ramazan qoyub. Lakin sonradan onların arasında pul üstündə münaqişə yaranıb. Amma buna baxmayaraq Ramazan Mirzəyevə məxsus, lakin heç birində rəsmi adı olmayan onlarla şirkətlər mövcuddur ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti və ona tabeli Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC , Mənzil Kommunal Təsrrüfat İstehsalat Birlikləri bütün təmir tikinti işlərini o şirkətlərə həvale edir. Milli Arxiv İdarəsinin yüzminlərlə müqavilə bağladığı “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti və “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti də Ramazan Mirzəyevə məxsus olan şirkətlərə daxil olduğu iddia edilir.

Qeyd edək ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovdu. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli, 369 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəisi təyin edilmişdir. Daha əvvəl isə  Milli Arxiv İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir./aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

    Milli Arxiv İdarəsi üç yüz manata icarəyə ...

    9-09-2025, 23:43

  • 
  • Oğuzun İcra Hakimiyyəti rayonun keçmiş başçısının oğlu ilə icarə müqaviləsi bağladı

    Oğuzun İcra Hakimiyyəti rayonun keçmiş başçısının ...

    11-04-2025, 17:12

  • 
  • 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

    5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi ...

    1-04-2025, 23:46

  • 
  • "Axundov Kitabxanası"nda şübhəli tenderlər: Tender kralı olan QSC kimindir?

    "Axundov Kitabxanası"nda şübhəli ...

    18-05-2023, 17:58

  • 
  • Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirdi?

    Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt ...

    26-01-2021, 14:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (325)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu