GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Tarix: 29-09-2025, 15:00 Bölmə :Cəmiyyət Baxış: 221

QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilməlidir!

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi... Adı üstündədir: Dövlətin qarşılıqsız, hansısa fərqli maraqlar ummadan Vətəndaş Cəmiyyəti İnstitutlarının, ictimai birliklərin inkişafına hüquqi və maddı dəstəyi. Dövləti və milli maraqlar, eləcə də, ictimai rəy baxımından bu dəstək nəinki lazımdır, hətta vacibdir.

Dövlət məlum səbəblərdən bu sektorda xaricdən maliyyələşməni minimuma endirməkdədir. Öz vətəndaşına sahib çıxıb, Vətəndaş Cəmiyyəti İnstitutlarının formalaşmasında və inkişafında maraqlı olduğunu nümayış etdirir. Amma,...Təəssüf ki, dövlət babanın bu saf niyyəti bir qrup işbazın çirkin niyyətinin girovluğunda çabalayır! 

Bu yazı da məhz bu səbəblərdən zərurətə çevrildi. Hələlik, dövlət dəstəyinin vacibliyi və faydalarından yox, prosesin icra mexanizmindən, illərdir davam edən özbaşınalıqlardan az da olsa bəhs etməyə çalışacağıq...

GundemXeber.Az-ın ciddi faktlarla dolu əldə etdiyi materiala görə Yenixeber.org-a daxil olmuş məlumatlardan belə məlum olur ki, agentliyin başında oturanlar hələ də, QHT-lərə Dövlət babanın dəstəyini dədə-babalarının yardımı ilə səhv salırlar ki, var!                         

 Hərəyə bir QHT... 

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası sədri Azay Quliyev olmaqla on bir nəfərdən ibarətdir. Haqqındakı Nizamnamənin 4.3-cü bəndinə görə, Agentliyə ümumi rəhbərliyi və nəzarəti Şura həyata keçirir. Agentliyin hazırkı icraçı direktoru isə Şura tərəfindən 23 noyabr 2021-ci ildə təyin edilən Aygün Əliyevadır...  

Son illərdə bu cameə daha bir tendensiya ilə diqqət çəkməyə başladı: az qala hər gün 5-6 QHT elan olunmaqla. Ölkədə yaxşı-pis tanınmış simalar hərəsi bir QHT sahibi oldu və olmaqdadır. Bu sırada siyasi, ictimai simalar, sayt rəhbərləri, deputatlar, hətta vəzifə sahibləri də, yer almaqdadır. Hərəsi bir kanalla, özlərindən başqa heç kimə və heç nəyə faydası olmayan kağızüstü QHT-ləri ilə “Səlib yürüşü ediblər” dövlətin “səxavət kisəsi”nə. Dostbazlıq, qohumbazlıq, rəfiqəbazlıq və nə bilim, daha hansı BAZLIQlarla...

“Krişa”, “Atkat” kimi sözlər indi onların gündəlik leksikonundan düşmür. Özlərini cəmiyyətə nümunə kimi sırımaq istəyən bu zatların sırasında “pula-pul deməyənlər” daha çoxdur. Bu sırada “jırnı” deputatların, hökumət adamlarının sıralanması isə təsəvvüedilməzdir. Özü də, heç də az olmayan məbləğlərlə...Bütün bunların qaışılığında isə nə hansısa faydalı bir layihə var, nə də onun gerçəkləşməsi!

Bu haqda mediada az qala həndəsi silsilə ilə araşdırmalar da, yer alır. Konkret adlar, faktlar hallansa da, “dəyirman öz işindədir”. (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/arasdirma/183476-qht-agentliyind%C9%99n-qrantlar%C4%B1-deputatlar-v%C9%99-h%C3%B6kum%C9%99t-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-nec%C9%99-udurlar-%E2%80%93.html

Bu günə qədərki yazılardan biridir...Google üzərindən bir axtarış yetər ki, “N” sayda bu sayaq yazıların şahidi olursan. Həm də, konkret faktlar sadalanmaqla. Amma nə karədirsə yuxarıdan aşağı məsul olan bir kəsin də, “heç tükü də tərpənmir”(?

İndi isə keçək bu “şanlı-şöhrətli” dövlət qurumu ilə bağlı heç vaxt, heç yerdə eşidib, oxumadığınız məlumatlara.

        

Dövlətin pulu “sağ cibdən sol cibə belə ötürülür”

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin son üç ildə müxtəlif adlarla dövlətin pulunu xərcləməsi ilə bağlı araşdırma aparmalı olduq...Söhbət toplam yüz minlərlə büdcə vəsaitinin yumşaq desək şübhəli yollarla xərclənməsindən gedir. Bu xərclərin kiçik bir qismini sadalayaq:

2023-cü ildə “BAKU ÖRME KUMAŞ SAN VE TİC.LTD.ŞTİ” MMC ilə malların satın alınması ilə bağlı 9946 manatlıq. 

2024-cü ildə “NAXÇIVAN SARAY” MMC ilə Mehmanxana xidmətləri ilə bağlı 10738 manatlıq.

2024-cü ilin aprel ayında Behbudov Vüsal Bayram oğlu ilə ekspert xidmətləri ilə bağlı 2632 manatlıq.

2024-cü ilin may ayında “ADA Universiteti” ilə zal icarəsi ilə bağlı 22687 manatlıq.

2024-cü ildə “SİNMA” MMC ilə texniki dəstəklə bağlı 7800 manatlıq.

 2024-cü ilin aprel ayında “KONSİS” MMC ilə səs sistemləri ilə bağlı 1239 manatlıq.

2024-cü ilin aprel və avqust aylarında “Bakı Biznes Mərkəzi” ilə zal icarəsi ilə bağlı 8850 manatlıq və 5310 manatlıq.

2024-cü ilin aprel ayında “EVENEST ASSİSTANT” MMC ilə 8450 manatlıq.

2024-cü ilin iyun ayında “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-lə tədbirin təşkili və təmizlik xidmətləri ilə bağlı 20000 manatlıq.

2025-ci ilin sentyabrın 3-də “Bakı Konqres Mərkəzi” ilə zal icarəsi ilə bağlı 32072 manatlıq

Bu on bir epizodu birləşdirən ümumi, həm də müəmmalı iki faktor var...

BİRİNCİSİ: Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu işlərlə bağlı müvafiq satınalma müsabiqəsi elan etmədən, sadaladığımız şirkətlərlə bir mənbədən olmaqla, birbaşa müqavilələr bağlayıb(?)

Diqqət çəkən, şübhəli əməliyyatlar olsa da, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur:QHT-lərə Dövlət Dəstəyi Agentliyini bu epizodlarda qanunda göstərilən hansı səbəblər təhrik etdi ki, satınalma müsabiqəsi ilə deyil, bir mənbədən, birbaşa müqavilə bağlasın??? Çox sadə və bəsit, eyni zamanda cavablandırılması çox zor görünən sual... 

Bu proseslərdə dövlətin pulunu xərcləyən tərəf kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Tərəflərə hansı səbəblərdən  üstünlük verilib? Və s...

İKİNCİSİ: Daha da çox maraq doğuran digər fakt isə bu müqavilələrin dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi tarixi ilə bağlıdır...2023-2024-cü illərdə bağlanan müqavilələr 20.08.2025-ci ildə kütləvi şəkildə portalda yerləşdirilir(?) İki il sonra kimlərsə başı alış-verişə qarışmış QHT-lərə Dövlət Dəstəyi Agentliyinin başbilənlərinin yadına salır ki, birbaşa bağlanmış olsa da belə, müqavilələr haqqında məlumatlar dövlət portalında yerləşdirilməlidir. Həm də, həmən tarixdə... Bunlar da “Qaş düzəltdikləri yerdə, vurub göz çıxarıblar”..                                      

Və son əvəzi…

Biz Yenixeber.org olaraq bu və digər detalların aydınlaşıb, ictimailəşdirilməsi məqsədi ilə 22.08.2025-ci il tarixdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoruAygün xanım Əliyevaya online rəsmi sorğu ünvanladıq. Bu gün isə artıq 29.09.2025-ci ildir. Hələ ki, sorğumuza cavab yoxdur... Agentliyin satınalma üzrə mütəxəssisi Əli Quluzadə telefon danışığımızda sorğunu araşdırıb, cavablandıracaqlarını desə də olmadı. 

Səbəbini biz ancaq təxmin edə bilərik: ya başları daha da “ciddi işlərə qarışıb”, ya da sorğumuz gözlənilməz olub ki, dərin düşüncələrə qərq olublar...  

Bu arada hörmətli Aygün xanıma xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin...Heç dədə-baba pulu da deyil ki, sağ cibdən götürüb, col cibə qoyasan.

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

İndiyədək yazılanlardan və bizim də hələ ki, geniş olmayan araşdırmalarımızdan belə məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəlli dövlət orqanları tərəfindən araşdırılması zəruridir ki, var! Vaxtı ilə KİVDF haqqında da bənzər yazılar ciddiyə alınmırdı...   


İlqar Salmanov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43

  • 
  • QHT Agentliyi qrant müsabiqəsini niyə gecikdirir?.. - AÇIQLAMA

    QHT Agentliyi qrant müsabiqəsini niyə ...

    4-11-2021, 14:50

  • 
  • Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı

    Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı ...

    10-02-2013, 11:34

  • 
  • Partiya sədri “Nağdsız hesablaşmalar haqqında” qanuna yox dedi

    Partiya sədri “Nağdsız hesablaşmalar haqqında” ...

    26-04-2017, 18:17

  • 
  • Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ...

    26-01-2018, 14:05


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu