Cəlilabadda baş verən yanğında azyaşlı uşaq tüstüdən zəhərlənib.
gundemxeber.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.
Belə ki, Zaur Abbasova məxsus fərdi yaşayış evində başlayan yanğın tədricən genişlənib. Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunaraq yanğının digər otaqlara doğru yayılmasının qarşısını alıblar.
Yanğın zamanı evdə qalan 13 yaşlı Fatimə Abbasova yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq xəstəxanaya yerləşdirilib. O, yanıq xəsarətləri almasa da tüstüdən zəhərlənib. Ümumilikdə isə 99 kv. sahəsi olan evin 20 kv-lik hissəsi əşyaları ilə birlikdə yanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?