Meksikada ildırım bir ailənin ölümünə səbəb olub. ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, hadisə meksikanın mərkəzində, Quanaxuato şəhəri yaxınlığında baş verib. Ölənlərin sayı 7 nəfərdir.
Onlardan üçü qadın, dördü isə uşaqdır. hadisə zamanı yaxınlıqda olan daha iki nəfər yaralanıb.
Ölənlərin hamısı bir ailənin üzvləri olublar. Onları ildırımın hansı şəraitdə vurması barədə isə heç bir məlumat açıqlanmayıb.
Xatırladaq ki, bir neçə gün öncə bənzər hadisə İngiltərədə də qeydə alınıb. Dağa yürüyüşə çıxan gəncləri ildırım vurması nəticəsində 2 nəfər ölmüşdü. Məlumata görə, ildırımın gənclərin üzərinə düşməsinə səbəb isə selfi çubuğu olub.
Bənzər hadisələr Azərbaycanda da qeydə alınıb. İyun ayında Bərdə qoyunları otaran çobanı - 50 yaşlı Mayıl Süleyman oğlu Süleymanovu , aprel də isə Gədəbəy rayonunun Slavyanka kəndində Nəsibə Vəliyevanı həyətində ildırım vurub. Onların hər ikisi hadisə yerindəcə keçinib.
May ayında isə Qaxda telefonla danışan gənc qız ildırımın qurbanı olub. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.
Quba rayonunun Talış kənd sakini İbrahim İbrahimovda ildırım vurması nəticəsində ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?