Yevlax rayonunda 3 yaşlı uşağın atasına məxsus usta aləti ilə oynamaq istəyi bədbəxt hadisə ilə nəticələnib.
Hadisə axşam saatlarında rayonun Salahlı kəndində baş verib.
Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Həsənov Yusif Elşən oğlu atasının kəsici aləti - "laqonda"sını elektrik cərəyanına qoşaraq oynamaq qərarına gəlib. Nəticədə alət azyaşlının sağ saidinin arxa hissəsini kəsərək ona ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan Y. Həsənov təcili əməliyyat olunub və onun qanaxması dayandırılıb. Amma məlum olub ki, alət uşağən qol sümüklərinin də bir hissəsini də kəsərək ciddi zədələyib. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Y. Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xəstəxanadan verilən məlumata görə, xəstəyə mütəxəssislər təkrar baxış keçirəcək və həkimlər yalnız bundan sonra müalicənin davamı barədə qərar qəbul edəcək./report/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?