7 saylı doğum evində ana doğuş zamanı dünyasını dəyişib. Gündəm Xəbər-in əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxsin adı Turanə Məmmədovadır. Ancaq doğum evindən bu haqda ətraflı məlumat verilməyib. Telefon dəstəyini götürən doğum evinin digər işçisi isə sonradan belə bir xəstənin onlarda qeydiyyatda olmadığını deyərək danışmaqdan imtina edib. Lakin dünyasını dəyişən ananın qohumları sosial şəbəkədə T.Məmmədovanın qanaxmadan öldüyünü deyib. Qadın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?