Xaçmaz rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub.
Hadisə bu gün saat 10.30 radələrində baş verib. Belə ki, 38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. O həmkəndlisi, 39 yaşlı Məhərrəm Hacıyevi və 38 yaşlı Məzahir Mustafayevi bıçaqlayıb, digər Məhərrəm adlı şəxsi bıçaqlamaq istəyib, lakin mümkün olmayıb.
Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb, Məzahir Mustafayev isə rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.
Məhərrəm Hacıyevin meyiti Məhkəmə Ekspertiza və Pataloji-Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Xaçmaz rayon şöbəsində tibbi ekspertiza olunub.
Hadisəni törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.
Xaçmaz Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsininin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./report/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?