Media üzərindən yayılan məlumata görə, dünən günorta saat 15.00 radələrində erməni əsilli 1980 ci il təvəllüdlü Səbinə İsmayılova döyülərək təcili Kliniki Tibbi yardım Mərkəzinə yerləşdirilib. Möhkəm döyülən S.İsmayılova yolda komaya düşüb. Həkimlərin verdiyi məlumata görə, xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan xəstənin yaxınları mətbuata verdiyi məlumata görə, o Rusiyanın Sankt-Peterburq şəhərindən, bir neçə günlük qonaq gəldiyi Nərimanov rayonu Firdovsi Məmmədov kücəsində qaynının evində olarkən, qonşular tərəfindən erməni olduğu bilinərək döyülüb. Qonşuların verdiyi məlumatda isə, bildirilir ki, S.İsmayılova uzun illər əvvəl atası rəhmətə gedəndən sonra, erməni olduğu bilindikdən sonra ölkədən qovulub. Hal hazırda faktla bağlı Nərimanov rayon polis idarəsində araşdırma aparılır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?