gundemxeber.az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində kənd sakini, Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirmiş, polisə könüllü təslim olmuşdu.
Həmin vaxt hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, atanın qızını əxlaqsızlıq etməsindən şübhələndiyi üçün qətlə yetirdiyi açıqlanmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?