O, 6 nəfərin ümumilikdə 80 min manatını mənimsəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İttihama görə, Tahir Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb.
Tahir Qurbanov əvvəllər prokurorluqda müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. O, həbs olunan dövrdə Vəkillər Kollegiyasının üzvü olub.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Tahir Qurbanov vəsatətlə çıxış edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?