GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Dedim ki, Daxili İşlər Nazirliyində tanışım var"

"Dedim ki, Daxili İşlər Nazirliyində tanışım var"

Tarix: 26-04-2017, 18:00 Bölmə :Kirminal Baxış: 654
"Dedim ki, Daxili İşlər Nazirliyində tanışım var"


Dələduzluq qadının müdhiş planları və 7 il həbs cəzası
Zərərçəkmiş: "Mehparə Kazımova pulu Daxili İşlər Nazirliyində işləyən yüksək vəzifəli şəxsə verəcəyini dedi"

Özünü Daxili İşlər Nazirliyində çalışan yüksək vəzifəli şəxsin adamı kimi qələmə verməklə Bakı şəhər sakininin külli miqdarda pulunu mənimsəyən Mehparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Mehparə Kazımova Bakı şəhər sakini Bahar Abbasovanın qardaşı Əfqan Abbasovu Daxili İşlər Nazirliyinə işə düzəldəcəyini vəd edərək ondan 30 min manat alıb. O, vədinə əməl etməyib və Bahar Abbasovanın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Törətdiyi cinayət əməlinə görə Mehparə Kazımovaya qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanı onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mehparə Kazımova ifadəsində Bahar Abbasovanı və qardaşı Əfqanı qəsəbə sakini kimi tanıdığını, Əfqanın taksi sürücüsü işlədiyini, onun idarə etdiyi avtomaşınla bir neçə dəfə Bakı şəhərinə gedib-gəldiyini göstərib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin yay aylarında növbəti dəfə Əfqanın maşını ilə Mərdəkan qəsəbəsinə gedərkən Bahar da maşında olub: "Yolboyu telefonda kimisə işə düzəltməklə bağlı “işgüzar” söhbəti etdim. Buda Bahar Abbasovanın diqqətini çəkdi. Bahar Abbasova məndən qardaşı Əfqanı da işə düzəltməyimi xahiş etdi. Bahara yalandan dedim ki, Daxili İşlər Nazirliyində tanışım var, Əfqanı ora 4 min manat müqabilində sürücü düzəldə bilərəm. Əslində isə Əfqanı işə düzəltmək fikrim olmayıb. Ondan aldığım pulu öz ehtiyaclarıma xərcləmək niyyətində idim”.
Mehparə Kazımovanın ifadəsinə görə, ertəsi gün Bahar onunla əlaqə saxlayıb. Qardaşının tez­ bir zamanda işə düzələcəyinə ümid edən qadın həmin məbləği ona verib.
Mehparə Kazımova müəyyən sənədlərin hazırlanması üçün vaxt lazım olduğunu deyib: “Həmin vaxtlar maddi vəziyyətim yaxşı deyildi. Baharı mütəmadi aldadıb ondan pul götürmək niyyətindəydim. Hər dəfə Bahardan pul alanda Əfqanın işinin tez bir zamanda düz­ələcəyini deyirdim. O­na pulların sürücülük­ vəsiqəsinin kateqori­yasını artırmağa, stajı çoxaltmağa və s. bu kimi şeylərə xərcləndiyini deyirdim. Bu minvalla Bahardan dəfələrlə pul istəyirdim. Sonradan Əfqanın id­man intahanından keçməsi üçün pul lazım olduğunu, əks halda artıq çəkisinə görə imtahandan kəsiləcəyini söylədim, yenə də pul aldım”.
Müxtəlif yollarla Bahar Abbasovadan 2013-cü ildən 2016-ci ilə qədər pul qoparan, yaxın günlərdə qardaşının işlə təmin olubacağını vəd edən Mehparə Kazımovanın gec də olsa iç üzü ortaya çıxıb: “Bahar zəng vurub mənə verdiyi 30 min manat pulu qaytarmağımı tələb etdi. Bilirdim ki, polisə şikayət edəcək. Amma pulu qaytarmaq imkanım yox idi. Yalandan dedim ki, evimi satıb pulunu qaytaracam. Əslində o evi 2013-dən satmışdım, həmin evdə kirayədə qalırdım. Baharın atası da bunu hardansa öyrənmişdi”.
Zərərçəkmiş şəxs qismində dindirilən Bahar Abbasova da ifadəsində Mehparə Kazımova ilə ilk dəfə qardaşının maşınında yol gedərkən tanış olduğunu göstərib: “Anam rəhmətə gedib. Atam və bacı-qardaşımla birlikdə yaşayıram. Tibb bacısı işləyirəm, qardaşım Əfqan taksi sürücüsü kimi fəaliyyət göstərir. Bacım işləmir, xəstə olduğuna görə pensiya alır. 2013-cü ilin yay aylarında qardaşımın maşını ilə Mərdəkana gedəndə yolda Mehparə də maşına əyləşdi. Mehparəni həmin vaxt tanımışam. Özü danışırdı ki, Daxili İşlər Nazirliyində yaxın tanışı var. Mən də Əfqanı işə düzəltməsini xahiş etdim. Problem olmadığını bildirdi, bu işi həll edəcəyinə söz verdi. Atamla danışıb, məsləhətləşib sonra xəbər verəcəyimi dedim. Evə gəlib atamla danışdım, razılaşdım. Xalam qızı Rəsmiyyədən 4 min manat borc pul alıb Mehparəyə verdim”.
Zərərçəkmişin ifadəsinə görə, Mehparə Kazımova ona həmin məbləği Daxili İşlər Nazirliyində işləyən yüksək vəzifəli şəxsə verəcəyini deyib: “Konkret heç nə demədi, kiminsə adını çəkmədi. Pulu alandan bir neçə gün sonra sağlamlıq kağızı, vərəm dispanserindən arayış və s. bu kimi sənədləri toplamağı tapşırdı. Hamısını topladım. Tez-tez əlaqə saxlayırdıq. Mehparə yaxın günlərdə Əfqanın işinin həll olunacağını deyirdi. Hər dəfə də müxtəlif sənədlər üçün bizdən pul alırdı. Amma Əfqanın işi düzəlmirdi. Mehparəyə zəng vurub dedim ki, atam narahatdır, xalamqızı borcunu istəyir. O, isə cavabında Əfqanın yaxın günlərdə əmrinin veriləcəyini bildirdi”.
Bahar Abbasova bildirib ki, Mehparə Kazımovaya verdikləri pulu geri ala bilməyəcəklərini görüncə polisə müraciət etmək məcburiyyətində qalıblar: “Atam özü zəng vuraraq Mehparə ilə danışdı. Bu dəfə atama Əfqanın işinin alınmadığını, tez bir zamanda bizdən aldığı pulları geri qaytaracağını dedi. Mehparəyə verdiyimiz pulların hamısını xalamqızı Rəsmiyyədən borc almışdıq. Ötən ilin yanvar ayında Mehparə ilə telefon əlaqəsi saxlayan zaman evini satlığa çıxardığını, yaxın günlərdə pulumuzu qaytaracağını bildirdi. Amma sonradan onun yaşadığı evin özünəməxsus olmadığını öyrəndik. Ötən il Mehparənin barəsində Pirallahı Rayon Polis Şöbəsində araşdırma aparıldığını eşitdik. Bizdən xahiş etdi ki, polisə şikayət etməyək, tez bir zamanda hamının pulunu qaytaracaq. Amma bu dəfə də vədinə əməl etmədi".
Məhkəmə heyəti işdə olan sınədləri araşdırandan sonra Mehparə Kazımovanın barəsində hökm elan edib. Hökmə görə, onun əvvəllər dələduzluq əməlinə görə, cərimə cəzasına məhkum.olunması işin ağırlaşdlrılması nəticəsinə gəlinib.
Hakimlər Mehparə Kazımovanın barəsində 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan ediblər. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Aslan

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

    Cinayət işi baxılması üçün məhkəməyə ...

    7-02-2015, 22:22

  • 
  • "Məmurlarla dostam" deyən falçı məhkəmə zalında həbs olundu

    "Məmurlarla dostam" deyən falçı məhkəmə ...

    30-08-2015, 12:28

  • 
  • Dələduzluq edənə 11 il cəza

    Dələduzluq edənə 11 il cəza ...

    14-05-2015, 12:48

  • 
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21

  • 
  • Bakıda holdinq rəhbəri tutuldu

    Bakıda holdinq rəhbəri tutuldu ...

    18-11-2015, 18:32


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (327)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu