Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və 1976-cı il doğumlu Əhmədyar Məhərərmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə prokuror Əli Həsənovun 16 il, Əhmədyar Məhərrəmov 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün hakimlərdən vaxt istəyiblər. Növbəti proses mayın 2-də davam edəcək.
İttihama görə, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektindəki kafelərdən birində baş verib.
1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içəri girib. Ona deyiblər ki, otaqdan çıx. Bu zaman mübahisə baş verib.
Əhmədyar Məhərrəmov çıxıb, Namiq Abdullayev onun arxasınca qaçıb. Onlar arasında əlbəyaxa dava düşüb. Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub, Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.
Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirib, ərazidən qaçıblar.
Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.
Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?