Tanışını döyərək pulunu almaqda təqsirləndirilən Ağasəlim Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, A. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında A. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində zərərçəkmiş Orxan Mirişovu döyərək, onun 300 manatdan çox pulunu ələ keçirib.
Sorğu
Yeni dizaynımız necədir?