Bakıda taksi sürücüsü qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, 1973-cü il təvəllüdlü Hüseynov Vüqar Əlhəsən oğlu şikayət ərizəsi yazaraq qeyd edib ki, Sarayevo küçəsində şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs müştəri qismində nəqliyyat vasitəsinə əyləşib. Həmin şəxs şəhərin müxtəlif yerlərindəki bir neçə ünvana taksi sürdürdükdən sonra sürücünün Zığ şosesinə sürməsini istəyib. Onlar Xətai rayonu Zığ şosesinə gələndə müştəri düşüb və bir neçə dəqiqədən sonra qayıdacağını deyib. Lakin V.Hüseynov nə qədər gözləsə də, müştəri qayıtmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?