Gündəm Xəbər məlumat verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Təbriz küçəsi 57 ünvanında, 4 saylı Şəhər Poliklinikasının qarşısında 36 yaşlı Tapdıqov Elçin İdris oğlu ona məxsus 90 SD 055 dövlət qeydiyyat nişanlı, BMV markalı avtomobildə ölümcül bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılsa da, yolda dünyasını dəyişib. Elçin Tapdıqovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov Rayon Şöbəsinə göndərilib. Meyit üzərində müayinə zamanı məlum olub ki, o, ayaq nahiyəsindən dərinə nüfuz edən bir neçə bıçaq xəsarəti alıb. Bundan başqa, mərhumun əlləri bıçaqla kəsilib.
Elçin Tapdıqovun qardaşları Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarına onun öz qohumu tərəfindən qətlə yetirildiyini bildiriblər.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin axtarışı davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?