GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız...” - D əhşətli namus cinayəti...

“Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız...” - D əhşətli namus cinayəti...

Tarix: 26-06-2017, 13:28 Bölmə :Kirminal Baxış: 389
“Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız...” - D əhşətli namus cinayəti...


Bir evdə yaşadıqları keçmiş gəlinini namus üstündə öldürən şəxsin cəzası azaldılıb. Aldığı 16 illik cəzadan şikayət verən Məlikməmməd Adıgözəlovun cəzası 12 ilə endirilib. Təqsirləndirilən şəxsin cəzasını 9 yaşlı nəvəsinin verdiyi ifadə azaldıb.

Gündəm Xəbər Musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlovun apellyasiya şikayətinə baxılıb.

M.Adıgözəlov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Xaçmaz rayonu, Uzun-oba kənd sakini olan M.Adıgözəlov keçmiş gəlini Rəmziyyə Abdurahmanovanı xüsüsi amansızlıqla qəsdən öldürmədə təqsirləndirilib.

İki əli ilə onu boğaraq öldürüb

İttihama görə , M.Adgözəlov 2016-cı iyulunda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evinin həyətində əlindəki yaba ilə mal-qaraya yem verdiyi zaman oğlu Elsevər Adgözəlovdan bir neçə il əvvəl boşanan, lakin məhkəmənin qərarı ilə bir evdə yaşadığı keçmiş gəlini R.Abdurahmanova 9 yaşlı oğlu Muradla evə gəlib.

Keçmiş gəlini taksidən düşüb və həyətin darvazasını döyərək M.Adıgözəlovu təhqir edib. Təhqirə səbəb isə qapının gec açılması olub. M.Adıgözəlov qapını açdıqdan sonra keçmiş gəlini ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə başlayıblar. Mübahisənin davamında M.Adıgözəlov keçmiş gəlinin başına yaba ilə bir neçə dəfə vuraraq yerə yıxıb və iki əli ilə onu boğaraq öldürüb.

M.Adıgözəlov apellyasiya şikayəti verərək keçmiş gəlinini xüsusi amansızlıqla və nəvəsinin gözü qarşısında öldürmədiyini bildirərək cəzasının azaldılmasını xahiş edib.

“Oğlum onu evində başqa kişi ilə tutdu”

O, şikayətini əsaslandırarkən deyib ki, keçmiş gəlini oğlundan rəsmi surətdə boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməklə ailəsinin nüfuzuna xələl gətirib, nəvələrini döyüb incitməklə ona mənəvi əzab verib, ailəsinin ünvanına tez-tez nalayiq söyüşlər işlədib.
M.Adıgözəlov ifadəsində deyib ki, arvadı, oğlu və yeni gəlini ilə birlikdə kənddəki evlərindı yaşayıblar. Keçmiş gəlini də eyni evdə bir otaqda yaşayırmış. Oğlu ilə keçmiş gəlinin nikahından 3 uşaqları olub.

“2001-də evlənmişdilər. Rəmziyə əxlaqsız hərəkətlər etdiyi üçün oğlumla aralarında münaqişə başladı. 2009-da Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə münasibətdə olanda tutdu və boşandılar. Məhkəmə uşaqlar körpə olduğu üçün mənim evində yaşamaları ilə bağlı qərar verdi. Amma o, yenə də əxlaqsız hərəkətlərindən əl çəkmədi. Onun pozğun həyat tərzi bütün kəndə bəlli oldu. Uşaqlar məktəbə gedəndə sinif yoldaşaları onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər”- deyən M.Adığözəlov ifadəsində bildirib.

“Evində fahişə saxlayan, tez ol, aç qapını”

Daha sonra hadisəni günü baş verənlər haqda danışan M.Adıgözəlov bunları deyib:

“Həmin gün Rəmziyyə darvazanı döyüb itələməyə başladı. Dayan açıram dedim. “Evində fahişə saxlayan, tez ol, aç qapını” deyib qışqırdı. Məni təhqir eləməyə başladı. Bu söyüşlərdən qəzəblənərək başına yaba ilə vurdum. Ayağa qalxıb yenə məni söyərək küçəyə qaçdı. Arxasınca gedərək ikinci dəfə başından vurdum. Qaçmağa davam elədi. Çatıb bir də vuranda yaba qırıldı. İki əlimlə tutaraq boğmağa başladım. Sonra qonşular polisə xəbər verdi”.

Mərhumun atası Qabil Abdurahmanov da məhkəmədə ifadə verib.

O deyib ki, qızı ilə keçmiş kürəkəni Elsəvər arasında münasibətlər yaxşı olub. Amma 2009-da yola getməyərək boşanıblar.

“Qızımı döyüb barmağını sındırdılar”

“Qızım boşanandan sonra da o evdə qaldı. Elsevər işləmək üçün Rusiyaya getdi. Qayıdanda özü ilə Samirə adlı arvad gətirdi. 2013-cü ildə qızımı döyüb əl barmağını sındırdılar. Sonra alimenti ödəmədikləri üçün aralarında mübahisələr oldu. Onlar qızımdan könüllü olaraq alimentdən imtina etməsini tələb edirdilər. Qızımı tez-tez hədələyirdilər”- deyə mərhumun atası qeyd edib.
Məhkəmədə 9 yaşlı Murad hadisənin əsas şahidi kimi ifadə verib.

O, babasının anası Rəmziyyəni onun gözü qarşısında heç vaxt vurmadığını deyib.

Apellyasiya məhkəməsi 9 yaşlı Muradın ifadəsindi nəzərə alaraq qərara gəlib ki, təqsirləndirilən şəxs mərhumu azyaşlı övladının gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirməyib. Buna görə də bu hal təqsirləndirilən şəxsin cəzasını ağırlaşadıran hərəkət kimi qiymətləndirilə bilməz.

Apelyasiya məhkəməsində dindirilən Murad Adıgözəlov ifadəsində onu da göstərib ki, anası ilə babası mübahisə etməyə başlayanda söyüşlərə qulaq asmamaq üçün orada qalmayıb və təzə oyuncağı ilə oynamaq üçün evlərinə gedib.

9 yaşlı Muradın ifadəsi və azaldılan cəza

Murad ifadəsinə bildirib ki, anası takisi ilə gələrkən mahnının səsini özü qəsdlə yüksəldib. Bununla da babasına acıq vermək sitəyib. Anası darvazanı içəriyə itələyərək babasına qışqırmağa və onu təhqir etməyə başlayıb.

Məhkəmə kollegiyası qərara gəlib ki, qəsdən adam öldürmənin ağırlaşdırıcı halı kimi nəzərdə tutulan maddəsi təqsirləndirilən şəxs Məlikməmməd Adıgözəlovun ittihamından xaric edilməlidir. Belə olan halda M.Adıgözəlovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Cinayət işinin materiallarından görünür ki, Məlikməmməd Adıgözəlov ilk dəfə cinayət məsuliyyətinə cəlb edilib, ailəli və yaşlı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. O, əməlindən peşman olub və cinayət hadisəsini gəlininin əxlaqsız hərəkətlərinin təsiri altında törədib.
Məhkəmənin hökmü ilə M.Adıgözəlovun cəzası 12 ilə endirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə ​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı qərar verdi

    Məhkəmə ​Bakıda qadını xüsusi amansızlıqla ...

    30-03-2016, 10:43

  • 
  • Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası artırıldı

    Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası ...

    14-07-2016, 12:18

  • 
  • Gəlinini amansızlıqla öldürən 84 yaşlı kişinin məhkəməsi oldu

    Gəlinini amansızlıqla öldürən 84 yaşlı kişinin ...

    16-01-2016, 12:37

  • 
  • Hamilə arvadını bıçaqlayanın şikayətinə baxıldı

    Hamilə arvadını bıçaqlayanın şikayətinə baxıldı ...

    22-01-2016, 13:12

  • 
  • Arvadının boğaraq öldürdü

    Arvadının boğaraq öldürdü ...

    21-12-2016, 15:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu