GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakı sakini borclarını ödəmək üçün qohumunun evini aparmaq istədi

Bakı sakini borclarını ödəmək üçün qohumunun evini aparmaq istədi

Tarix: 26-06-2017, 15:51 Bölmə :Kirminal Baxış: 644
Bakı sakini borclarını ödəmək üçün qohumunun evini aparmaq istədi


Borclarını qaytarmaq üçün yollar axtaran “qonaq” qohumunun evindən oğurluq etməyi qərara alıb. Hamının yatdığına əmin olduqdan sonra yataq otağına keçib və dolabları axtarmağa başlayıb. Ev sahibəsinin yuxudan oyanması isə oğurluq planını alt-üst edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib.

İstintaq materiallarına görə, S.Həmidov bu ilin mart ayında qohumu və yaxın qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib. Gecə saatlarında qohumunun mənzilindən qızıl və pul oğurlamaq istəyən S.Həmidov yataq otağına keçib. Bu zaman H.Sultanovun həyat yoldaşı Sahibə Mirzəyeva səsə yuxudan oyanıb. S.Həmidov əli ilə qadının ağzını tutaraq səs-küy salmağa qoymayıb. Əks təqdirdə, uşaqlarını və onu öldürəcəyini deyib. Ev sahibi Habil Sultanovun oyandığını görən S.Həmidov oğurluq niyyətini həyata keçirə bilməyərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı H.Sultanov polisə şikayət edib. S.Həmidov iki gün sonra saxlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən S.Həmidov ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində Habilin onun atasının dayısı oğlu olduğunu, Hökməli qəsəbəsində qonşuluqda yaşadığını deyib. Oğurluq hadisəsini törətmək istəməsini maddi vəziyyətinin ağır olması ilə izah edib: “Əvvəllər daş karxanasında işləyirdim. Axır vaxtlar işsiz idim. Habilgilə tez-tez gedib gəlirdim. İşləmədiyimə görə atamla da aramızda problemlər yaranmışdı. Hadisə baş verən gün Habillə söhbət elədik. Onlardan çıxıb iş axtarmağa getdim. Habil dedi ki, əgər istəyirsənsə, gecə bizdə qal. İş axtarsam da, tapa bilmədim. Yarım litr araq, yüz qram kolbasa və çörək aldım, yolda yeyib-içdim. Fikirləşdim ki, evə getsəm, atam araq içdiyimə görə mənimlə mübahisə edəcək. Həm də anam namaz qılır, içkili getsəydim, onunla da mübahisəmiz olacaqdı. Ona görə də, Habilgilə getdim”.

S.Həmidovun ifadəsinə görə, ev sahibi ikinci mərtəbədə ona yataq salsa da, gözünə yuxu getməyib. Borclarını qaytarmaq üçün yollar axtaran qonaq qohumunun evindən oğurluq etməyi qərara alıb. Hamının yatdığına əmin olduqdan sonra yataq otağına keçib və dolabları axtarmağa başlayıb. Ev sahibəsinin yuxudan oyanması oğurluq planını alt-üst edib.

Şahid qismində dindirilən Sahibə Mirzəyeva ifadəsində göstərib ki, S.Həmidovu gecə otağa girərkən görüb qışqırmaq istədikdə əli ilə onun ağızını tutaraq sakit olmasını, əks halda, uşaqlarını və özünü öldürəcəyini deyib. Onun əlindən qaçarkən qolu qapıya dəyib, səsə həyat yoldaşı oyanıb.

Şahid qismində dindirilən ev sahibi Habil Sultanov ifadəsində evindən oğurluq emtək istəyən qohumu ilə münasibətlərinin yaxşı olduğunu, Səbuhinin atası ilə münasibətlərinin isə yaxşı olmadığını bildiyindən ona evində qalmağı təklif etdiyini göstərib.

Təqsirləndirilən S.Həmidovun atası Mirhəmid Həmidov şahid qismində ifadə verərkən bildirib ki, son vaxtlar oğlu ilə münasibətləri yaxşı olmayıb: “Gecə saatlarında qohumum Habilgil bizə gəldilər. Dedilər ki, Səbuhi onların evindən oğurluq etmək istəyib. İnanmadım. Səbuhini çağırdıqda, gördüm ki, evdə yoxdur. Həmin gecəni yata bilmədim. Səhər tezdən Səbuhi evə gəldi. Ondan hadisə barədə soruşanda borcu olduğunu, işləmədiyi üçün belə etdiyini dedi”.

Məhkəmə prosesi davam edir./virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq

    Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq ...

    29-02-2016, 08:27

  • 
  • Mağazadan oğurluq edənə 8 il həbs

    Mağazadan oğurluq edənə 8 il həbs ...

    21-01-2016, 17:30

  • 
  • Ev sahibinin gözünə sprey qazı vurub otuz min pulunu apardılar -Dəhşətli oğurluq hadisəsi

    Ev sahibinin gözünə sprey qazı vurub otuz min ...

    17-08-2016, 23:02

  • 
  • Məşhur cərrahın evindən xeyli qızıl apardılar

    Məşhur cərrahın evindən xeyli qızıl apardılar ...

    13-10-2015, 14:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu