Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş vermiş silahlı basqınla bağlı məlumat yayıb.
Gündəm Xəbər-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyunun 21-də Lənkəran rayonunun Liman şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Arifə orada ölüb.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?