Gündəm Xəbər APA-ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Asif Qaraxanov yaşadığı evdə özünə şüşə parçaları ilə xəsarət yetirib.
A. Qaraxanov dərhal Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. Qaraxanov qaraciyər serozundan müalicə alırmış.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?