Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
S.Əhmədova onu da qeyd edib ki, ölüm halı Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiyası tərəfindən də araşdırılacaq.
Həmin Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında bildirib ki, ilkin məlumata görə, həmin uşaqda anafilaktik şok yaşanıb: “Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub. Amma materiallar tam araşdırılmamış dəqiq nə isə demək olmur. Hər bir uşaq ölümü istənilən halda faciədir. Hazırda xəstəxanadan uşağa məxsus sənədlərin göndərilməsini istəmişik. Xəstəliyin diaqnozu, hadisənin gedişi, baş vermə tarixinin qeyd edildiyi materiallar Komissiyaya daxil olduqdan sonra iclas keçiriləcək. Hazırda Komissiyamız tərəfindən araşdırma aparılır. Sənədlər gətirilsin, bu gün iclas keçiriləcək və gerçək səbəblər bilinəcək”.
*** 09:46
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib. Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?