Azyaşlı uşaqaları təcavüz etməkdə təqsirli bilinən şəxsin şizofreniya xəstəliyindən əziyyət çəkməsi ilə bağlı sənədlər üzə çıxıb.
Həbs edilən şəxs sonuncu dəfə Xırdalan şəhərində azyaşlı qıza qarşı seksual hərəkətlər edərkən sakinlər tərəfindən yaxalanmışdı. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilən İbrahim Buqumovla bağlı bəzi yeni məlumatlar üzə çıxıb. İ.Buğumovun vəkili Namiq Hacıyev hadisə barədə məlumat verib. O, müdafiə etdiyi şəxsin xəstə olması ilə bağlı sənədlər təqdim edib.
Vəkil N.Hacıyev deyib ki, onun müdafiə etdiyi şəxsin psixoloji problemləri var və uzun illərdir ki, müalicə alır.
Onun sözlərinə görə, İ.Buğumovda şizoferiniya paranold forma, fasiləsiz gedişli, dərin paranold xəstələyi var. O, dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb. Sonuncu dəfə isə bu il mayın 24-də xəstəxanadan çıxıb. N.Hacıyevin dediyiinə görə, həbs edilən Buğumovun bəzi yaxın ailə üzvləri də eyni xəstəliklərdən əziyyət çəkir. Vəkil müdafiə etdiyi şəxsin xəstəliyi ilə bağlı müvafiq qurumlardan aldığı sənədləri də təqdim edib.
Vəkil bildirib ki, müdafiə etdiyi şəxs barəsində sonuncu hadisədən sonra Abşeron rayon Məhkəməsinin qərarı 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Xırdalan şəhərində altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutulan İ.Buğumov sakinlər tərəfindən döyülərüb. Polis onu güclə xilas edib. Buğumovun fotoları sosial şəbəkələrdə paylaşılıb.
Bu hadisədən sonra məlum olub ki, İ.Buqumov eyni əməlinə görə qısa müddət əvvəl də cinayət məsuliyyətinə cəlb edilbmiş. Belə ki, 1979-cu il təvəllüdlü Buğumov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb.
Buğumovla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən edilən müraciət araşdırılmış. Sakinlər müraciətində manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdilər.
Hökməli qəsəbə sakini İbrahim Buğumov 15 may 2015-ci il tarixdə, saat 20:45-də sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda binanın liftində 2009-cu il təvəllüdlü qıza qarşı seksual xarakterli hərəkətlər etmişdi.
Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilən Buğumov Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsüf edilərək cəzası 1 il 6 aya endirilmişdi. Ona təyin edilmiş cəza həbsdə yatdığı günlə hesablanıb və məhkəmə zalından azadlığa buraxılmışdı.
Amma bu qərardan da prokuror narazı qalmışdı. Prokurorun protesti ilə Ali Məhkəmə apellyasiya instansiyasının Buğumov barədə qərarını ləğv edərək işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul etmişdi. İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıldığı ərəfədə Buğumov yenidən eyni əmələ görə həbs edilib.
Buğumovun davam edən məhkəmə prosesi ilə bağlı hakimlər kollegiyası təcavüz faktı ilə bağlı ekspertiza təyin edib. Ekspertiza rəyi açıqlanana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?