Sumqayıt şəhəri 2 nömrəli Doğum Evində 29 yaşlı Gülsüm Əliyeva üçüncü dəfə doğuş edib.
Üç kiloqram iki yüz qram çəkisində qız uşağı dünyaya gəlib. Bundan sonra xəstədə qanaxma başlayıb. Gülsüm Əliyevanın yaxınları xəstəxananın Ginekologiya şöbəsinin şüşələrini sındırıblar.
Şikayət əsasında qadının meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bu, son 3 ayda Sumqayıtda doğuş zamanı baş verən ikinci ana ölümüdür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?