İmişli rayonunda yerləşən heyvan bazarında kütləvi dava düşüb.
Ağcabədi rayon sakini Nadir Abdullayev üç oğlu - Elxan, Mikayıl və Qamətlə birgə İmişli rayonunun heyvan bazarına satmaq üçün dörd baş iribuynuzlu mal-qara aparıb. Heyvanların satış qiyməti ilə razılaşmayan İmişli rayon sakinləri ata və onun üç oğlunu döyüblər. Kütləvi dava zamanı ata və oğulları baş və bədənin müxtəlif nayihələrindən ağır xəsarətlər alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Baş verən hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsinə məlumat verilib və şöbənin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?