Hazırda ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabla bağlı yeni xəbərlər var.
Gündəm Xəbər axşam.az-a istinadən bildirir ki, Nyu-Yorkun Manhetten bölgəsində Metropolitan həbsxanasında tutulan Rza 3 həftə təcridxanada saxlanılıb.
Zərrabın vəkili Bencamin Brafman cinayət işinə baxan hakim Riçard Bermana yazdığı ərizədə müvəkkilinin heç bir səbəb göstərilmədən 21 gün təcridxanaya salınmasını, ardından yenə də heç bir səbəb göstərilmədən Bruklindəki digər həbsxanaya transfer edildiyini ifadə edib.
Həmin həbsxanada saxlanılan məhkumlar digər məhkumlardan tamamilə ayrı saxlanılır. Vəkil həbsxana idarəçilərinin Zərrabı təcridxanaya qoyduqları üçün onları məhkəməyə verəcəyini bildirib. O, eyni zamanda ayyarımdır Zərrabla əlaqə saxlaya bilmədini əsas gətirərək oktyabrın 30-da başlayacaq məhkəmə prosesinin təxirə salınmasını istəyib.
Qeyd edək ki, R.Zərrab müğənni Ebru Gündeşin əridir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?