Dərbənddə baxımsız qalmış Nizami Gəncəvi parkının ərazisində yanğın baş verib.
Alov yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.
Yanğının səbəbləri və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Yerli saytların yazdığına görə, yanğın vaxtilə əhəmiyyətli mədəni istirahət yerinin tənəzzül tarixinin davamı ola bilərdi. Tarixi-mədəni əhəmiyyətə malik park illərlə abadlaşdırılmır, ona görə də, burada təsadüfi yanğın ehtimalı maksimuma qədər artıb.
“RİA -Derbent" agentliyi dəfələrlə hakimiyyət, hüquq-mühafizə orqanları və ictimaiyyətin diqqətini Nizami parkı ətrafında yaranan vəziyyətə yönəldib. Məlum olduğu kimi bu ərazidə tikinti işləri yekunlaşıb.
2015-ci ildə burada XVI əsrə aid qəbiristanlıq aşkar olunduğuna görə, tikinti işləri dayandırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?